depressiya-ve-narahatliq

Depressiya və narahatlıq

    “Mən depressiyadayam!” Yəqin ki, bu cümləni ətrafdakılarınızdan çox tez-tez eşidirsiniz. Bəzən isə özümüz də özümüzə belə bir «diaqnoz» qoyuruq. Hər gün minlərlə insan depressiya əleyhinə həblər qəbul edir. Bəs depressiya həqiqətənmi tez-tez baş verir? Onu müəyyən dərman və preparatlarla müalicə etmək mümkündürmü?
     “Depressiya” tibbi termindən daha çox, ümumməişət termininə çevrilib. Statistikaya əsasən, dünyada 110 milyon insan bundan əziyyət çəkir.
     Depressiyanın klassik simptomları - əhvalın pis olması, hərəkət və düşüncələrdə ləngimədir. Depressiyanın səbəbləri isə müxtəlifdir. Bundan asılı olaraq müalicəsi də müxtəlifdir - həblərdən başlayıb psixoterapiyaya qədər. Tibbi təhsili olmayan insan bundan baş çıxarmaz. Əgər özünüzə depressiya diaqnozu qoymusunuzsa, psixiatra müraciət edin. Utanmağa, gizlənməyə ehtiyac yoxdur. Çünki sizə məhz o həkim kömək edə bilər.
     Psixoterapevtlər depressiyanın 5 növünü müəyyənləşdiriblər. Bunlardan ən çətin və təhlükəlisi “endogen depressiya”dır. Xoşbəxtlikdən bu sindrom psixi pozğunluğu olan insanların 3%-də rast gəlinir. Bu xəstəlik yaşama həvəsinin olmaması ilə müşahidə olunur. Onları xəstəxanada ciddi preparatlarla müalicə edirlər. 
    Geniş yayılmış növ “fəsil depressiyası”dır. Məsələn: payız sindromu. Alimlər indiyə qədər bu cür vəziyyətləri izah edə bilməyiblər. Lakin təxmin edirlər ki, bu hallar insanın bioritmləri ilə əlaqədardır. Məsələn: soyuq orqanizmə passivlik siqnalı verir, sosial həyat isə bizdən əksini tələb edir. 
    Məişəti depressiya da vardır. Bu, əhvalın pozulması ilə özünü göstərir. Yəqin hər birimiz bununla qarşılaşmışıq. Məişəti depressiya hər hansı həyat konfliktinə olan reaksiyadır. Üzülməmək üçün vaxtaşırı həkimə müraciət edin. Bu, ətraf-aləmlə ünsiyyətinizə kömək edəcək.
    Əsəbi xarakterli depressiya da mövcuddur. Yəni nevrozdan yaranır. Pis yuxu, narahatlıq, daimi gərginlik, daxili konflikt və müəyyən xarici faktorlar dərin depressiyaya gətirib çıxarır. İnsanlar tez-tez ağlayır, isterik hallara düşür, daim həyatından narazı olur. Bu haqda söhbətlər onlara müəyyən müddətə rahatlıq bəxş edir. Lakin lazımi köməyi yenə də professional göstərəcək. Bəzən insanlar belə hallarda reklam olunan antidepressantlar qəbul etməyə başlayırlar. Bu, düzgün deyil. Ən yaxşı məsləhəti həkim verə bilər. İkincisi, mövcud daxili problemlərin öhdəsindən də həkim gələcək. 
     Nəhayət, depressiya sadəcə insanın xarakterinin cizgisi ola bilər. Elə insanlar vardır ki, onlarda hər zaman hər şey pisdir. Onlar illərlə bu cür olurlar. Səbəb — qeyri-düzgün tərbiyə, dərin daxili travmalar və ya hər hansı yaşantılar ola bilər. Yenə də bu işin öhdəsindən psixoterapevt gələcək. Lakin bu cür insanları həkimə göndərmək də böyük problemdir.