deyisikliklere-muqavimet-gostermeyin

Dəyişikliklərə müqavimət göstərməyin

   Bütün prosesləri idarə etməyə ehtiyac yoxdur, önəmli olan adaptasiya bacarığıdır.


      2020-ci il çoxlarımız üçün bir növ sınaq oldu. Bunu həm fərdlər, həm biznes eyni zamanda idarəçi strukturlar da müşahidə etdi. Dəyişiklik daima var idi, lakin dəyişikliyə adaptasiya oluna bilməyi məhz bu dövrdə hər birimiz yaşadıq. 
      Bəs indi, dəyişikliklərə müqavimət göstərirsənmi? 
      Ümumiyyətlə dəyişiklik və yenilik yoxdursa, inkişaf da gedə bilmir. Bu proses təbii haldır və eko sistemin parçasıdır. Həyatında baş verən istər müsbət, istərsə də mənfi dəyişiklik sənin sabahki inkişafının zəmanətidir. Bu və digər yeniliklərə reaksiya və yanaşma isə sənin peşəkarlıq meyarını ölçür. 
      Gəl bərabər bu meyarların önəminə nəzər salaq. 

Sənə ziyanı və ya faydası varmı?
      Bioloji varlıq olaraq biz ilk növbədə təhlükəsizliyimizi düşünürük. Yəni istənilən dəyişikliyə ilk reaksiyamız məhz sağ qalma instinktinə bağlıdır. Bu və ya digər dəyişiklik bizim yaşamımıza necə təsir edəcəyini bilmədiyimizdən, istər istəməz ona qarşı müqavimət reaksiyasını göstərə bilirik. Buna adekvat yanaşsan, növbəti yenilik və ya dəyişikliyin sənə ilk növbədə nə kimi ziyanı, sonra isə nə kimi faydası olacağını qiymətləndirib, dəyişikliyə mənfi yanaşma göstərməzsən. 
Dəyərlərin ilə ziddiyyəti
      Hər birimizin öz dəyər və prinsiplərimizvar. Sosial mühitin parçası olaraq, bəyəndiyimiz, izlədiyimiz, qarşı çıxdığımız, dəstəklədiyimiz bir sıra məsələlər var. Bu məsələlərə zidd nə iləsə qarşılaşdıqda avtomatik müqavimət və qarşıdurma ilə reaksiya bildirməyin normaldı. Lakin iş mühitində peşəkar olmaq üçün, subyektiv deyil, maksimum obyektiv yanaşıb, təmkinli olmağı öyrəndikdə, bir çox problemlərə daha adekvat yanaşmağa başlayacaqsan. 

“Düzgünlük” teoriyası 
      Ümumilikdə, hər birimizdə müəyyən anlayışlar formalaşır ki, nələrinsə doğru, nələrinsə yalnış olaraq qəbul edirik. Bəzən bu anlayışlar yaşadığımız icmanın təsiri olaraq da formalaşa bilir. Daha sonra yeni icmalardan gələn yenilik və dəyişikliklərə soyuq yanaşma reaksiyası meydana çıxır. 
       Gəl qəbul edək ki, camaat nə deyər anlayışı ilə inkişaf sözü bir təzaddır. Yəni, icma fikrindən uzaq, peşəkar olaraq bilik və bacarıqlarına istinad edib, sənin formalaşdırdığın fikir əsasında, sənə görə nəyin düzgün olduğunu təyin etsən, bu yükdən azad olacaqsan. Nəticədə müqavimət prosesi sənin və yaxınların üçün problemsiz dəf ediləcək. 
Dəyişmək istəyi yaradan amillər
       Qeyd etdiyimiz amilləri bilib, lakin yenədə yerində addımlayan, dəyişiklik etmək istəməyən, yeniliklərə qəti şəkildə qarşı olan fərdlər vardır. Bəs sual yaranır: 
Dəyişiklik anlayışını anlayanlar, niyə dəyişikliyə açıq deyillər?
       Daima yanınızda şikayət edən, deyinən insanlara bu sualı ver. Ver ki, düşünsünlər və bu qapalı çarxdan çıxa bilsinlər. Dəyişiklik pis deyildir. Çətinliklər olduqda, dəyişmək zəruridir. Dəyişiklik artıq baş verdikdə, müqavimət göstərmək deyil, öyrənmək vacibdir. 
Bu qeydlərə ciddi yanaşanlar, hazırda uğur qazananlardır. 

Axın ilə getmə, bəzən dayan, analiz et və dəyişib, dəyişdirən SƏN ol!

Uğurlar !