“Digital Marketing kampaniyalarının effektivliyinin ölçülməsi" mövzusunda MeetUp
Kəmiyyət yoxsa keyfiyyət? Digital kampaniyalarımızı yaradarkən hansını daha üstün tutmalıyıq?
28 fevral, saat 19:00-da “Digital Marketing kampaniyalarının effektivliyinin ölçülməsi" mövzusunda təşkil edəcəyimiz MeetUp-da bu suallara aydınlıq gətirəcəyik.
Bu MeetUp-da sahə üzrə eskpert olan spikerlərimiz bizneslərin digital marketinq kampanyalarının uğurunu ölçmək üçün izləməli olduğu əsas meyarlar haqqında öz biliklərini və təcrübələrini bölüşəcəklər.
Həmçinin,
· data-ları necə analiz etməyin,
· əldə edilən nəticələri şərh verməyin
· data-lara əsaslanan qərarlar qəbul etməyin
yollarını müzakirə edəcəklər.
Marketinq mütəxəssisi, kiçik biznes sahibi və ya sahibkar olmağınızdan asılı olmayaraq ən yaxşılardan öyrənmək və digital marketinq strategiyanızı növbəti mərhələyə qaldırmaq üçün 28 fevral saat 19:00-da akademiyada baş tutacaq MeetUp-da sizi də gözləyirik.
Linkdən qeydiyyatdan keçərək iştirakınızı təsdiq edə bilərsiniz.