“Diplomatiya sənəti” adlı layihəyə start verilir!
Gənclərin nəzərinə!
“Davam” Diplomatiya Klubunun təşəbbüsü ilə “Diplomatiya sənəti” adlı layihəyə start verilir. Layihənin əsas məqsədi gənclər arasında diplomatik fəaliyyətin təbliği, onların diplomatiya sahəsi üzrə lazımi bacarıqlarının təkmilləşdirilməsi və siyasi biliklərinin artırılmasıdır.
Layihə çərçivəsində dövlət və ya beynəlxalq təşkilatlarla diplomatik proseslərin idarə edilməsi, sülhməramlılıq, müharibə, ticarət, iqtisadiyyat, mədəniyyət, ətraf mühit məsələləri və insan hüquqları ilə əlaqəli güclü beynəlxalq əlaqələrin yaradılması və qorunması mövzularında təlimlər keçiriləcək.
Qeyd edək ki, layihəni uğurla başa vurmuş gənclər sertifikatla təltif olunacaq.
Son müraciət tarixi: 1 oktyabr, 23:00