diqqet-problemi-olan-beynin-fokuslanmasi-ucun-asan-metodlar

Diqqət problemi olan beynin fokuslanması üçün asan metodlar

“Fokuslanma və sadəlik ... bunları bacarsanız, dağı belə yerindən oynada bilərsiniz.”       ~  Stiv Cobs

        Bu fikir günümüzdə daha aktualdır. Barmaqlarımızın ucunda sözün əsl mənasında real bir informasiya və əyləncə dünyası var. Buna görə də əksər insanlarda diqqət dağınıqlığının olması təəccüblü deyil. İnternet və ağıllı telefonlar sayəsində fokuslanma daha çox ehtiyac duyduğumuz bir bacarığa çevrilib. Əslində diqqətini cəmləşdirə bilən bir insan daha çox iş görmək üçün imkan qazanmaqla yanaşı, günün sonunda buna görə daha çox məmnun hiss edir.

         Fokuslanmağı bacaran insan hədəflərinə daha asan çatır - Bu hədəflər müxtəlif ola bilər.

         Diqqət dağınıqlığını aradan qaldırmaq və fokuslanmanı vərdiş halına gətirmək üçün müxtəlif metodlar var. Gəlin bu metodları nəzərdən keçirək.

       1. Çox asan şeyləri tapşırıq olaraq cədvəlinizə daxil edin

Çətin tapşırıqlar çox səy tələb etdiyindən sizi demotivasiya edə bilər. Bu da təbii olaraq fikir dağınıqlığına və gecikmələrə gətirib çıxarır. Ancaq siz çətin tapşırıqları və ya işləri kiçik hissələrə bölərək edə bilərsiniz və bu da prosesi sizin üçün asanlaşdıra bilər. 

Bəzən beynimizi işə davam etməsi üçün işin az olduğuna "inandırmaq" lazımdır. Bu üsul məhz o inandırma prosesini yerinə yetirir.

       2. Gündəlik tutaraq beyninizi boşaltın

Bəzən beyninizdə olan fikirlər, düşüncələr həddən çox olur. Bu vəziyyətdə bir az yer boşaltmaq üçün başınızdakı hər şeyi bir gündəliyə yazmaq effektiv ola bilər.  Bunun üçün bir qələm və dəftər, yaxud da Evernote kimi rəqəmsal bir vasitə istifadə edə bilərsiniz.

Bunun üçün iki əsas yol var:

Sərbəst stil - beyninizdən təsadüfi bir şəkildə düşünmədən və durmadan gələn fikirləri yazdığınız metoddur. Əgər bir çox fərqli fikrə sahibsinizsə, bu metod çox effektivdir.

Fokuslanma - düşüncənizi bir çərçivəyə salmaq və prosesi asanlaşdırmaq üçün müəyyən bir formatda sualları cavablandırma metodudur. Bu, müəyyən bir mövzunu anlamaq istədiyiniz zaman daha çox işə yarayır.

      3. Əsnəmə hərəkətlərindən istifadə edin

Diqqət yayınmasına əsas təsir edən nüanslardan biri yorğun olmaqdır. Bəzən elə yorğun oluruq ki, iş prosesində əslində diqqətimizin yayındığını hiss etmirik.

Bunu hiss etdiyiniz vaxt əsnəmə hərəkətləri ilə beyninizi oyada və diqqətinizi toplaya bilərsiniz. Əsnəmə hərəkətlərini adətən olimpik atletlər yarışlardan əvvəl edir, bu onların sakitləşməsinə və daha yaxşı nəticələr göstərməsinə səbəb olur. Bu proses adi həyatda da keçərlidir. Təcrübədən keçirə bilərsiniz.

       4. Kiçik tapşırıqları birinci edin

Heç bir şey qazanmaq kimi yaxşı hiss etdirmir. Beləliklə, az zəhmət tələb edən bir neçə sadə tapşırığı müəyyənləşdirmək və dərhal onları yerinə yetirmək başlanğıc ola bilər. Bu, təcil yaradacaq və məhsuldarlığınızı artırmağa kömək edəcək. Müvəffəqiyyət hissi diqqətinizi əlinizdəki tapşırığa fokuslayacaq. İşinizə başlamaq üçün "müqavimət" hiss etdiyiniz zaman bundan istifadə edin.

       5. "Qalibiyyət" siyahısı yaradın

Həyatda qalib gələn bacarıqlı bir insan kimi hiss etmək özü böyük motivasiyadır. Bunu nəzərə alaraq, bacarıqlı bir insan olduğunuzu sübut etmək üçün davamlı "qalibiyyət"lərinizi qeyd etdiyiniz bir siyahı tərtib edin.

Gündəlik böyük və kiçik uğurlarınızı qeyd edin. Diqqətiniz yayınmağa başladıqda, bu siyahıya nəzər salın və özünüzün düşündüyünüzdən daha bacarıqlı olduğunuzu xatırlayın.

      6. "Cəmi 5 dəqiqə" metodundan istifadə edin

Qarşınıza "cəmi 5 dəqiqə" çalışacağınızı hədəf olaraq qoyun və buna riayət etməyə çalışın. Bu metodla tapşırığın yerinə yetirməyin daha asan olduğunu görəcəksiniz. Bu da beyninizin tapşırığı olduğundan daha az qəbul etməsinə səbəb olur.

Bu metodda əsas məsələ nə olur olsun 5 dəqiqə sonra işi dayandıra bilməkdir. Bu beyninizin metodu qanuni olaraq qəbul etməsinə gətirib çıxarır və qısa müddət ərzində fokuslanmanı təmin edir.

           Bu metodların sayını artırmaq mümkündür. Ancaq bu məqalədə ən effektiv metodlar haqqında danışdıq. Bu metodları təcrübədən keçirərək sizin üçün ən uyğun olanı seçə, yaxud sizin üçün uyğun olan metodu formalaşdıraraq istifadə edə bilərsiniz.