diqqetinizi-dagidacaq-unsurlerden-nece-qurtulmaq-olar

Diqqətinizi dağıdacaq ünsürlərdən necə qurtulmaq olar?

Ortalama bir amerikalı işçi hər 11 dəqiqədən bir işindən yayınır. Bunun ən pis tərəfi insanın yenidən fokuslanmaq üçün 25 dəqiqəyə ehtiyac duymasıdır. Fokus hədəflərimizə çatmaq üçün vacibdir.
Hər gün yeni işə başlamaq üçün  yenidən planlama kimi bir cəhdimiz ola bilir. Tam hazırlanmış və bir şeylər yazmağa başlamışkən yadımız düşür ki bəs biraz əyləncəli bir iki şey izləsəm kefim açılar. Və beləliklə daxil olduğunuz sosial şəbəkədə vaxtın necə gəldiyini bilmədən uzun müddət keçirə bilirik. Vəziyyət tanış gəlirsə başlayaq.

Burada fikir dağınıqlığından qurtulmaq üçün bir neçə yol var. 


1.Hədəflərini və vizyonunu unutma. Əgər bu gün önəmli təqdimatın varsa və ona  hazırlaşmalısansa nəticələri və xərcləyəcəyin müddəti gözdən keçir. Fikrini dağıdan şeyləri analiz edərək öz üzərində gündəlik işləməyə çalış.

2.Gün içindəki xaosdan qurtulmağa çalışmaq üçün günlük edəcəyiniz işləri önəm sırasına görə sıralamaq məsləhətdir. Məsuliyyət duyduğunuz işləri ilk olaraq bitirmək gün sonuna qədər məhsuldarlığınızı qoruyacaq. 

3.Özünə qoyduğun vaxtı uzatma. İş vaxtını uzatmaq fikir dağınıqlığı ilə nəticələnir.

4.Əlinizdəki işi xırda hissələrə ayıraraq hissə-hissə görün. Zehninizi böyük yüklərlə yormayın

5.Özünüzü iş görərkən xəyal edin. İşi tamamlanmış halda xəyal etməkdən əlavə o işi etməyə başladığınız andan etibarən özünüzü işi görərkən xəyal edin.

6.Fikrinizi dağıdan fikirlərdən qurtulmaq çətin görünsə də fikrinizi işə yönləndirmək üçün sadə yollarını axtarmaq mümkündür.

7.Fiziki olarak sizi narahat edən, diqqətinizi dağıdan şeylərdən qurtulmaq isə çox daha asandır. Sizi narahat edən televizorun səsini azaltmaq sizin əlinizdədir.

8.Başa düşmədiyiniz və çətin gələn hissəni ötüb keçin. Məsələn, imtahana hazırlaşarkən başa düşmədiyiniz mövzunu ötürüb daha bəsit mövzuları öyrənmək işinizi asanlaşdıracaq. Sonra sizə çətin gələn mövzuya qayıdanda müəyyən öyrənmə təcrübəsi əldə etdiyiniz üçün mövzunu nisbətən daha rahat qavrayacaqsınız.

9.Disiplinli olmaq üçün bir neçə fokuslanma taktikası var. İlk olaraq meditasiya fokusu artırır və stresinizi azaldır. İkincisi Pomodoro üsuludur ki, iş görərkən taymer istifadə edərək fokus müddətini ölçə bilir. Davamlı edərək fokus müddətinin arttığına şahid olacaqsınız.

10.Hər gün o böyük hədəfinizə çatmaq üçün nəsə edin. Bu əsas məqsədinizdən yayınmağınıza icazə verməyəcək.    

Son olaraq öz gününüzü iki saat aralıqlarla bölərək həmin saatlar arasında etdiyinizi cədvələ yazın.

Gün sonunda bu “hesabat” sizin özünüzə qarşı məsuliyyətinizi artıracaq və həftə sonu müəyyən bir disiplinə oturmuş həyatınız ola biləcək.