“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı keçiriləcək
“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı keçiriləcək
Hörmətli T-Networkçülər, təşkilatçılarından biri olduğumuz “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına hazırlıq işləri gedir. Belə ki, noyabr ayının 29-u 2021-ci il tarixində onlayn formatda keçiriləcək konfrans ARTİ-nin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Distant təhsildə maraqlı təcrübələrlə tanış olmaq istəyən həmkarlarımızı konfransda iştirak etməyə dəvət edirik. İştirak etmək üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz.
Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Onlayn baş tutacaq konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji və inzibati heyətinin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub. Müxtəlif panellərdən və sessiyalardan ibarət konfransın gündəliyi tezliklə ictimaiyyətə təqdim olunacaq.