div-academy-novbeti-teqaudlu-tecrube-proqramina-qebula-start-verdi--

“Div Academy” növbəti TƏQAÜDLÜ təcrübə proqramına qəbula start verdi

Ölkənin aparıcı şirkətlərindən biri olan “Div Academy” növbəti TƏQAÜDLÜ təcrübə proqramına qəbula start verdi !

Gözləntilərimiz:

– Marketinqə həddən artıq həvəsli (bu, bizim üçün ən vacibidir)
– Aktiv və gülərüz danışıq tərzi
– Proqramda full-time iştirak imkanı
– Marketinq üzrə ali təhsil

Təcrübə proqramında nələr öyrədiləcək:

– Digital məhsullar üzrə bazar araşdırmasının aparılması
– Korporativ sosial layihələrin marketinqdə və marka siyasətində önəmi
– Marketinq kampaniyalarının, aksiyaların keçirilməsində iştirak etmək
– Müştərilərlə şirkət arasında düzgün ünsiyyətin qurulması
– İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak
– Biznesin inkişafı üçün yeni marketinq ideyalarının aşkarlanması, yeni digital məhsullar üzərində işlərin aparılması

İş şəraiti və şərtlər:

– Koroğlu m. yaxınlığında biznes plazada əla şəraitli ofis
– Korporativ nömrə, telefon, macbookla təmin olunma
– Qrafik: həftədə 6 gün, 10:00 – 18:00
– Kreativ və gənc komanda
– Proqramı yüksək nəticə ilə bitirdikdə staff olaraq işə qəbul şansı
– Proqram müddəti: 3 ay
– Aylıq 150 azn təqaüd

Müraciət:

– Fotoşəkilli CV faylını “Marketing Intern” mövzusu ilə “[email protected]” ünvanına göndərin.
– Niyə məhz sizi seçməli olduğumuza dair fikrinizi mətn hissəsində yazmağınız böyük üstünlük hesab olunacaq.