Dizayn bacarıqlarınızı inkişaf etdirə biləcəyiniz Youtube Kanalları
Dizayn sahəsi ilə maraqlanırsızsa eləcə də bu sahədə daha çox məlumat toplamaq istəyirsizsə mütləq izləməli olduğunuz Youtube kanalları.
► PHLEARN
Adobe Photoshop proqramı ilə bağlı asan yolları və proqramla işləməyi öyrədən Youtube kanalıdır. `30 days of Photoshop` təlim paketini ardıcıl olaraq izləməyiniz məsləhətdir.
Adobe Illustrator və Photoshop proqramlarını daha dərindən öyrənə biləcəyiniz və gələcək dizayn işlərinizdə kreativ ideyalar tapa biləcəyiniz Youtube kanallarından biridir.
Adobe Photoshop və Illustrator proqramı haqqında videolar paylaşılan bu kanalın digərlərindən əsas fərqi sadə yollarla ilə necə fərqli və müasir vizualların hazırlanmasını göstərməsidir. Xüsusilə müxtəlif loqo dizaynlarının hazırlanması videoları diqqətinizi çəkə bilər.
► Dansky
Bu kanal vasitəsilə vizual kontent hazırlanarkən istifadə edilən demək olar bütün proqramlar haqqında maraqlı bilgilər qazana bilərsiz.
Xüsusilə istifadəçi interfeysi( UI) dizaynı və mobil aplikasiya dizaynı üzrə ixtisaslaşmaq istəyən dizaynerlər üçün faydalı kanallardan biridir.
► The Futur Academy - The Futur
Dizayn sahəsi ilə maraqlanan dostların çoxunun yaxşı tanıdığı kanallardan biridir. Qrafik dizayn və brendinq sahəsi üzrə olan masterklassları izləmək sizə çox şey qatacaqdır.
Qrafik dizayner olaraq brendinq və tipoqrafiya sahəsi üzrə mütəxəssis şəxslərdən biridir. Dizaynerlərin proqram biliklərindən əlavə olaraq diqqət etməli məqamlar haqqında olan videoları marağınızı çəkə bilər.
Mobil aplikasiyalar və oyunlar sahəsində tanınan dizaynerlərdən biridir. Adobe XD proqramının incləliklərini bu kanal vasitəsilə öyrənə bilərsiz.
► tutvid
Qrafik dizayner və fotoqraf olaraq sizə fərqli və yaradıcı baxış bucağı qazandıracaq kanallardan bir digəri. Adobe Photoshop proqramını yaxşı bilsəniz belə bu kanaldan öyrənəcəyiniz yeni şeylər olacaqdır.
Adobe Photoshop proqramında peşəkarlığınızı artıracaq kanallardan bir digəri daha.
İngilis dilində çətinlik yaşayanlar üçün qrafik dizayn sahəsində ən yaxşı youtube kanalı deyə bilərik. Asan izah şəkli ilə dizayn bacarıqlarınızı rahatlıqla inkişaf etdirə biləcəksiz. Qrafik dizayndan əlavə olaraq müxtəlif mövzularda olan videoları da dünya görüşünüzü artıracaqdır.
Türkcə qrafik dizayn öyrənə biləcəyiniz bir digər youtube kanalı. Həmçinin videolarında reklamçılıqla əlaqəli də işinizə yarayacaq məlumatlar ala bilərsiz.
► Школа веб-дизайна Максима Солдаткина
Adından da bəlli olduğu kimi, veb dizayn bacarıqlarını artırmaq istəyən və son trendlərlə maraqlanan rusdilli şəxslər üçün faydalı olacaq bir kanal.