dizaynerler-ve-developerler-ucun-linkedin-qruplari

Dizaynerlər və Developerlər üçün LinkedIn Qrupları

LinkedIn ancaq sahə mütəxəssislərinin sosial şəbəkə olaraq istifadə etdiyi və ya ancaq CV-nizi iş tapmaq üçün yerləşdirə biləcəyiniz bir yer deyil. Düşündüyünüzdən daha çoxudur. Əslində LinkedIn qruplarında kifayət qədər aktiv paylaşımlar edilir. Bəs bu qruplara qoşulmaq haqqında necə? Düşünmüsünüz? Ümumiyyətlə, bu qruplardan nə əldə edə bilərsiniz? Bu qruplara qoşulmaqla mütəxəssislərin təcrübələri ilə tanış ola, yeniliklərdən xəbərdar ola və şəbəkənizi genişləndirə bilərsiniz.

  1.  Designers Talk

DesignersTalk dizaynerlərə fikirlərini bölüşmək və bir-birlərindən öyrənmək imkanı verən bir qrupdur. Qrupda dünyanın hər yerindən olan qrafik və veb dizayn mütəxəssisləri dizayn, sahə xəbərləri, frilans işlərlə bağlı müxtəlif müzakirələr aparır.
Dizaynerlərin xəbər paylaşa biləcəyi və peşənin digər üzvləri ilə sahə ilə bağlı mövzuları müzakirə edə biləcəyi aktiv bir cəmiyyətdir. Qrupda həm də ara-sıra tam ştat, yarım ştat və frilans işlərin də paylaşıldığını görə bilərsiniz.  

         2.  Web Design

Web Design müxtəlif təcrübəyə sahib olan dizaynerlərin bir araya gələrək ən son yeniliklərlə bağlı müzakirələr etdiyi bir qrupdur. Həmçinin dünyanın hər yerindən olan yaradıcı düşüncəli insanların bu sahədə peşəkar olmaq üçün biliklərini bir -biri ilə paylaşa biləcəyi bir əhatədir.
         3.    UX Pros
UX Pros qrupunda UX trendlərini və ən yaxşı təcrübələri sizin kimi digər peşəkar dizaynerlərlə müzakirə etmək imkanınız var. Bu qrupda üzvlər digərləri arasında tədqiqat texnikası, interfeys dizayn strategiyaları və prototip vasitələri kimi mövzuları müzakirə edirlər.
         4.  Creative Directors & Art Directors Worldwide
Creative Directors & Art Directors Worldwide qrupu fikir mübadiləsi, peşəni inkişaf etdirmək və bilik mübadiləsi ilə məşğul olan dizaynerlərin və yaradıcı direktorların qlobal birliyidir. Gələcəkdə yaradıcı direktor olmağı hədəfləyən dizaynerlər üçün idealdır.
          5.    Full-stack web developer
LinkedIn-dəki Full-Stack Web Developer qrupunun 21.000-dən çox üzvü var, həm mütəxəssislər, həm də seçdikləri sahə haqqında biliklərini genişləndirməyi hədəfləyən yeni başlayanlar üçün ideal şəbəkədir. Əgər bu sahədə mütəxəssissinizsə və ya mütəxəssis olmağı hədəfləyirsinizsə, onda qrupa qoşulmaqdan və digər üzvlərlə fikir mübadiləsi aparmaqdan çəkinməyin.