dogru-yerde-dogru-sual-vermeyin-onemi

Doğru yerdə doğru sual verməyin önəmi

         Doğru sual vermək bir sənətdir.   

Yəqin ki, bu cümləyə tez-tez rastlamısınız. Sual vermək ünsiyyəti sürətləndirir və effektiv edir. Bunun üçün doğru yerdə, doğru zamanda və doğru sualların verilməsi önəmlidir. 

Sual vermək dedikdə, təbiiki ağlımıza ilk əvvəl böyük filosof Sokrat gələcəkdir. Fəlsəfədən də, tarixdən də bilirik ki, Sokrat bütün ömrü boyunca həyatla, yaşamla və dünya ilə bağlı milyonlarla sual vermişdir. Həmçinin onun inanclarına görə insanın daxilindəki potensiyalını və gücünü ortaya çıxaran da məhz suallardır. Yəni, doğru sual verməyin önəmi miladdan öncəki illərə təsadüf edir.

Yaxud İsaac Newton-u digər insanlardan fərqli edən başına almanın düşməsi deyil, o almanın niyə düşməsini sorğulaması ilə bağlıdır. Məhz bu dəyərli sualın verilməsi ilə Universal Cazibə Qanununun varlığından xəbərdar ola bilmişik. Əslində bu qədər bəsid bir sual deyə bildiyimiz bir hal, elm dünyasının axarını dəyişdirən bir nəticəyə səbəb olmuşdur. 

Mövzunun istiqamətini fəlsəfədən, tarixdən və elmdən iş dünyasına çevirdiyimizdə də əslində sual verməyin gücündən heçnəyin əskilmədiyini görmüş oluruq. Soruşacağınız sual alacağınız cavabı müəyyənləşdirən ən vacib faktordur. Hansı işlə məşğul olursunuzsa olun, qarşınızdakı insana doğru sualı verə bildiyinizdə daha yaxşı nəticə əldə edə bilirsiniz. Məsələn, satış sahəsində müştəriyə doğru suallar verməyin ən az müştərini dinləyə bilmək qədər vacib olduğunu bilirsiniz. Əlbəttə burada dili effektiv işlədə bilmək də önəmlidir. Dil, elə bir güclü vasitədir ki, tək bir sualla belə qarşı tərəfi aktiv müştəriniz halına gətirə bilərsiniz. Bir bank təmsilçisisinizsə, potensial müştərinizə "Avantajlarımızdan yararlanmaq istərdinizmi?" - deyə soruşmaq əvəzinə, "Siz də avantajlarımızdan yararlanmaq istərdinizmi?" deyə soruşmağınız daha müsbət geri dönüş almağınızı təmin edəcəkdir. Beləliklə, qarşı tərəfə "digər hər kəs yararlandı sadəcə siz qaldınız, siz də yararlanın" təsirini etmiş olarsınız. Sual soruşmağın gücündən yararlanan bir digər sektor isə reklam sektorudur. Edilən reklam, qarşıdakı izləyiciyə sual formatında çatdırılacaqsa və bu formada onu məhsula yönləndirmək lazım olacaqsa, bu zaman verilən sualı ən doğru formada soruşmaq olduqca vacibdir. Bir reklamın təməli reklamçının müştəriyə soruşduğu suallarla atılır. Bunlarla yanaşı sual vermək müəllimlər, psixoloqlar, araşdırmaçılar, HR-lar, hakimlər və hüquqşünaslar, jurnalistlər və digər bir çox peşəyə sahib olan insanların bilməli olduğu ən təməl bacarıqlardan biridir.

Lakin qeyd etmək lazımdır ki, sual vermək sadəcə ayrı-ayrı ixtisaslara xas bir bacarıq olmaqla yanaşı, ofis daxili insanlarla (komanda yoldaşları/işçilərlə) fikir alış-verişinin edilməsinin, insanların bir -birinə empatiya duymasının və duygusal yaxınlıq qurmağın də təməlini formalaşdırır. Bu cür sual-cavab tipli ünsiyyət özü ilə yanaşı daha çox öyrənməyi, yeniliyi, ideyaları və habelə performans artışını gətirir. Bəzi insanlar üçün bu sanki doğuşdan var olan bir istedad olsa da, bir çox insan üçün isə üstündə əmək sərf etməli olduğu bir bacarıqdır. Çünki sual vermək bacarığı hər nə qədər də asan görünsə də, sözünüzün tonunu müəyyənləşdirmək, sırasını və sərhədlərini təyin etmək və həmsöhbətdən maksimum məlumat ala bilmək kimi dəyərli maddələri özündə birləşdirən kompleks prosesdir. Bu, sanki zəncirin halqalarına bənzəyir və biz bilirik ki, bu halqalardan hər hansı birinin sağlam olmaması, zəncirin də güvənilir olmasınının qarşısında duran bir maneə sayılır. 

Bəs necə güclü və doğru sualları verə bilərik ? 

  1. Qısa və öz suallar soruşun. Mövzudan kənarlaşmayın.
  2. Soruşduğunuz sualların açıq suallar olsun. "Bəli və ya Xeyr" tipli cavablar verilən suallardan qaçın.
  3. Soruşduğunuz sual ilə bir problemi dilə gətirməyin, yaxud mövcud problemin təstiqlənmə istəyi oyatmasına icazə verməyin. Hər zaman problemlərin həlli yönümlü suallar verin.
  4. Müəyyənləşdirdiyiniz sualları doğru zamanda, doğru yerdə və o sualın doğru sahibinə verməyə çalışın. Bu zaman edilən həmlələrin də önəmli olduğunu unutmayın. 
  5. Hər zaman işinizi asanlaşdıracaq, sizi istədiyiniz cavablara apara biləcək suallar verməyə çalışın.

Lakin onu da qeyd etmək lazımdır ki, ünsiyyət tək yönlü olmadığından, sual verə bilməklə yanaşı bizə yönləndirilən suallara da doğru cavab verə bilmək bacarığımızın da olması olduqca vacibdir. Harvard Business School-da aparılan araşdırmalara görə verdiyimiz cavablardakı mümkün riskləri ən aza endirmək üçün hansı məlumatları paylaşmaq və nələri gizli tutmaq istədiyimizə qərar vermək lazımdır. İnsanları heyran etmək, hərəkətə keçirmək, bizə lazım olan məlumatları onlardan ala bilmək və yaxşı insan münasibıtləri qura bilmək (networking) və s. bunların hər birinin mənbəyi doğru ünsiyyət qurmaqdır. Yəni, eyni anda minlərlə insana təsir edəbilər, özümüzü sevdirə və ya nifrət etdirə bilərik. 

Ümid edirik ki, bu yazı iş həyatınızdakı ünsiyyəti daha da gücləndirməyiniz adına sizlərə kömək olar.

Oxuduğunuz üçün təşəkkür edirik :)