Doktorantlar və gənc tədqiqatçılar üçün onlayn təlim təşkil olunacaq!
Təhsil İnstitutu 2023-cü il noyabrın 10-11-də Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirir.
NASCOXXVI-nın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
ARTİ tərəfindən 24 iyul 2023-cü il saat 17:00-da doktorantlar və gənc tədqiqatçılar üçün növbəti onlayn təlim təşkil olunacaq.
Tezisin hazırlanması və elmi tədqiqatlarda düzgün istinad qaydaları bu təlimin əsas mövzularıdır.
Təlimdə spiker qismində ARTİ-nin direktor müavini Könül Abaslı çıxış edəcək. O, bakalavr və magistratura tahsilini Bakı Slavyan Universitetində, doktorantura təhsilini isə Türkiyədə Hacettepe Universitetində almışdır.
Sözügedən konfrans haqqında qeyd olunmuş keçiddən ətraflı məlumat əldə edə bilərsiniz.
Təlimdə iştirak etmək üçün qeydiyyat formasına keçid edin.
Sözügüdən təlimdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmiş şəxslərə onlayn təlimə qoşulmaq üçün elektron poçt vasitəsi ilə 23 iyul 2023-cü il tarixində keçid göndəriləcək.