Doktorantlar və gənc tədqiqatçılar üçün təlim təşkil olunacaq
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2023-cü il noyabrın 10-11-də doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirir.
NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
ARTİ tərəfindən 14 iyul 2023-cü il saat 15:00-da doktorantlar və gənc tədqiqatçılar üçün təlim təşkil olunacaq.
Tezisin yazılma qaydaları və uğurlu tədqiqatın aparılması təlimin əsas mövzularıdır.
Təlimdə spiker qismində ARTİ-nin direktor müavini Könül Abaslı çıxış edəcək. O, bakalavr və magistratura təhsilini Bakı Slavyan Universitetində, doktorantura təhsilini isə Türkiyədə Hacettepe Universitetində almışdır.
Sözügedən konfrans haqqında qeyd olunmuş keçiddən ətraflı məlumat əldə edə bilərsiniz.
Təlimdə iştirak etmək üçün qeydiyyat formasına keçid edin.
Sözügüdən təlimdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək vacibdir.
Qeydiyyatdan keçmiş şəxslərə onlayn infosessiyaya qoşulmaq üçün elektron poçt vasitəsi ilə 13 iyul 2023-cü il tarixində keçid göndəriləcək.