doktorantura-ve-dissertanturaya-qebul-baslayir--

Doktorantura və dissertanturaya qəbul başlayır

Doktorantura və dissertanturaya qəbul başlayır

Azərbaycan Universiteti 2021/2022-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və qeydiyyatı" xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Sənəd qəbulu üçün son tarix 15 iyul 2021-ci ildir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
 İqtisad elmləri
 Daxili fiskal siyasət və dövlət maliyyəsi – 1 nəfər, qiyabi
 Mühasibat uçotu - 1 nəfər, qiyabi
 İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi
 Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi
 Dünya iqtisadiyyatı - 1 nəfər, qiyabi
 Müəssisələrin təşkili və idarə edilməsi - 1 nəfər, qiyabi
 Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi

 Tarix elmləri
 Ümumi tarix – 1 nəfər, qiyabi
 Vətən tarixi - 1 nəfər, qiyabi
 Beynəlxalq münasibətlər tarixi - 1 nəfər, qiyabi

 Filologiya elmləri
 Azərbaycan ədəbiyyatı – 1 nəfər, qiyabi
 Türk xalqları ədəbiyyatı – 1 nəfər, qiyabi
 Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi

 Sosial iş
 Sosial iş - 1 nəfər, qiyabi

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı
 İqtisad elmləri
 Daxili fiskal siyasət və dövlət maliyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 İqtisadi fəaliyyət növləri – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 İqtisadi nəzəriyyə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Müəssisələrin təşkili və idarə olunması – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

 Tarix elmləri
 Ümumi  tarix - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Vətən tarixi - 1 nəfər, qiyabi,  ödənişli əsaslarla
 Beynəlxalq münasibətlər tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

 Filologiya elmləri
 Tətbiqi dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Dil nəzəriyyəsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Azərbaycan dili - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Folklorşünaslıq – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
 Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

 Bir tədris ili üçün təhsil haqqı 1500 manatdır.
Daha ətraflı məlumat üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
 (+99412) 431 41 12/13/16 (daxili 126)

Rəsmi məlumata keçid