“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində "DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma" adlı beynəlxalq konfrans keçiriləcək.
Konfransda iştirak üçün DOST Agentliyinin rəsmi internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.