dovlet-mesgulluq-agentliyi-ozunumesgulluq-proqrami-cercivesinde--41-iqtisadi-fealiyyet-sahesi-uzre-biznes-paketi-teqdim-edir--

Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində 41 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paketi təqdim edir

        İşsiz kimi qeydiyyata alınmış şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində işsiz vətəndaşlara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 41 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paketi təqdim edilir. 
         Həmin proqram çərçivəsində bərbərxana və qadın gözəllik salonu zərfləri üzrə təmin edilən aktivlər barədə məlumatı diqqətinizə çatdırırıq. 
Qeyd edək ki, dövlətin dəstəyi ilə öz işini qurmaq istəyən işsiz şəxslər keçid linkinə daxil olaraq özləri barədə müvafiq məlumatları daxil etməklə, eləcə də qeydiyyatda olduqları rayon üzrə Ərazi məşğulluq filialına müraciət etməklə qeydiyyata alına bilərlər.