Dövlət Məşğulluq Agentliyi tərəfindən ofisiant (süfrəçi) peşə hazırlığı kursları təşkil edilir!
Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan ofisiant (süfrəçi) peşə hazırlığı kursunda iştirak edərək gələcəyinizi bu sahədə qura bilərsiniz.
Müraciət üçün tələb olunan əsas meyarlar:
- "Master CC Academy" MMC
- Yaş tələbi: 16-30 yaş
- Təhsil: Orta təhsil
- Xarici dil: İngilis dili
- Kursun müddəti: 1 ay
- “Kiçik Otellərin və Restoranların İnkişafına Kömək” İctimai Birliyi
- Yaş tələbi: 16-28 yaş
- Təhsil: Orta təhsil
- Kursun müddəti: 1.5 ay
- "10 Line Azerbaijan" MMC
- Yaş tələbi: 16-45 yaş
- Təhsil: Orta təhsil
- Kursun müddəti: 1 ay
- "Vision Academy" MMC
- Yaş tələbi: 16-25 yaş
- Təhsil: Orta təhsil
- İş təcrübəsi: 6 ay
- Kursun müddəti: 1.5 ay
- "MASHRIG GROUP OF COMPANIES" MMC
- Yaş tələbi: 16-45 yaş
- Xarici dil: Rus və ingilis dili
- Kursun müddəti: 2 ay
- "SAT Group" MMC
- Yaş tələbi: 16-25 yaş
- Kursun müddəti: 1 ay
Peşə hazırlığı kurslarına qatılmaq üçün qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq filialına və müvafiq DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.

