dovlet-mesgulluq-agentliyi-ve-kicik-ve-kobia-nin-birge-desteyi-ile-basladilan-seyyar-kofe-evleri-layihesi-davam-edir--

Dövlət Məşğulluq Agentliyi və Kiçik və KOBİA-nın birgə dəstəyi ilə başladılan “Səyyar kofe evləri” layihəsi davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə başladılan “Səyyar kofe evləri” layihəsi davam edir.

Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 20 nəfər işsiz, barista sahəsində çalışmaq istəyən, 35 yaşadək olan şəxslərə səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər təqdim ediləcək.

Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara və "Məşğulluq haqqında" Qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.

Layihəyə müraciət linki