Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Bərdə və Sumqayıtda əmək yarmakları keçiriləcək
Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının dəstəyi ilə Bərdə şəhərində Grand-Mart MMC-nin və Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə Sumqayıt şəhərində “Avrora” MMC-nin əmək yarmarkası keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan və tarix:
Bərdə şəhəri, Heydər Əliyev prospekti 95 (Bərdə Dövlət Rəsm Qalereyası)
18 aprel 2023, 11:00-15:00
Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsi 64 (Abşeron-Xızı Regional Məşğulluq filialının inzibati binası)
19 aprel 2023, 10:00-15:00
