dovlet-mesgulluq-agentliyinin-idare-heyeti-sedrinin-muavini--berde-rayonunda-vetendaslari-qebul-edecek--

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Bərdə rayonunda vətəndaşları qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev 27 İyul 2022-ci il tarixdə Bərdə rayonunda vətəndaşları qəbul edəcək.
 Qəbulda Bərdə və Tərtər rayonlarının sakini olan imtiyazlı şəxslərin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, haqqı ödənilən ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaqdır.
 Qəbula yazılmaq üçün adı qeyd edilmiş rayonların sakinləri 25 iyul saat 14:00-dək 020-205-13-83  telefon nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına məktub göndərə bilərlər.
 Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
 Qəbul 27 iyul 2022-ci il saat 10:00-dan etibarən Bərdə rayonu, Şorəlli kəndində yerləşən Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.