dovlet-mesgulluq-agentliyinin-merkezi-karyera-filiali-terefinden-08-iyul--ixtisas-beledcisi-adli-ixtisas-forumu-kecirilecek--

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 08 iyul “İxtisas bələdçisi” adlı ixtisas forumu keçiriləcək.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 08 iyul 2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İxtisas bələdçisi” adlı ixtisas forumu keçiriləcək.

Tədbir zamanı spikerlər ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentin kodlaşdırmada diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və ixtisas qruplarına daxil olan seçimlər haqqında öz dəyərli bilik və təcrübələrini bölüşəcəklər.

 Spikerlər və danışacaqları mövzular:

 Toğrul Ələkbərov - Mərkəzi Karyera filialının rəhbəri – Düzgün ixtisas seçimi hansı meyarlara əsasən olmalıdır?

 Adil Vəliyev – İxtisas seçimi və karyera üzrə mütəxəssis – Kodlaşdırmada diqqət olunmalı məqamlar;

 Nərmin İsazadə - Psixologiya Elmi-Tədqiqat İntitutunun Layihələr və Lorporativ Əməkdaşlıqlar şöbəsinin müdiri, Sosial-kriminal psixoloq - Peşə seçiminin psixoloji aspektləri və təsir edən faktorlar (təhsil üçbucağı);

 Azər Sanılı - ADNSU-nun SABAH qruplarında müəllim, “Start İT” təlim mərkəzinin direktoru - 1-ci qrup üzrə ixtisas seçimləri;

 Gülnarə Bayramova - Müəllim, youtuber - 2-ci qrup üzrə ixtisas seçimləri;

 Sərvər Rüstəmov - AMEA-nıın Tarix İnstitutunun doktorantı, təhsil eksperti, tarix müəllimi - 3-cü qrup üzrə ixtisas seçimləri;

 Şəhla Mirzəzadə - Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi - 4-cü qrup üzrə);

 Nizami Əsədov - ADMİU-nun Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri – 5-ci qrup üzrə ixtisas seçimləri.

 

 Müraciət üçün son tarix: 7 iyul 2022-ci il

  Tarix: 8 iyul, saat 19:00