dovlet-mesgulluq-agentliyinin-novbeti-hediyyeli-musabiqe-elani---

Dövlət Məşğulluq Agentliyinin növbəti hədiyyəli müsabiqə elanı !

İş həyatımızın mühüm hissəsini əhatə edir. Elə ona görə də, başımıza gələn maraqlı hadisələrin əksəriyyəti işdə olduğumuz dövrdə baş verir. 

Bəs siz, iş yerinizdə qeyri-adi hadisələrlə tez-tez rastlaşırsınız?

Əgər elədirsə, başınıza gələn ən maraqlı hadisəni şərhdə bizimlə bölüşün və dünyada “oxunmalı olan kitablar” siyahısında ilk sıralarda qərarlaşan, karyera yolunuza dəstək olacaq kitab hədiyyə qazanın.

Şərtlər:

  • Səhifəmizi izləyin;
  • Şərh bölməsində iş yerində başınıza gələn ən maraqlı hadisəni və buna şahid olan iş yoldaşınızı qeyd edin.

Digər izləyicilər tərəfindən ən çox bəyənilən və bütün tələblərə riayət edən şərhin sahibi qalib elan ediləcək.

Müsabiqə 28 dekabr 16:00-da yekunlaşacaq.