dovlet-mesgulluq-agentliyinin-quba-xacmaz-regional-mesgulluq-filialinin-desteyi-ile-aciq-qapi-gunu-kecirilecek--

Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Açıq qapı günü keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Açıq qapı günü keçiriləcək.

 "Amoris” MMC-də müvafiq vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.
 Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır. 

 Açıq qapı günü keçiriləcək ünvan və tarix:
 Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinə; Xaçmaz şəhəri M.Ə.Rəsulzadə küçəsi 6.

9 iyun, 2022
 11:00 - 16:00