Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filalının dəstəyi ilə Şirvan şəhərində əmək yarmarkası keçiriləcək!
Tədbirdə 10 işəgötürən 123 boş iş yeri üzrə iştirak edəcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Əmək yarmarkası keçiriləcək ünvan və tarix:
Şirvan şəhəri, Heydər Əliyev prospekti (Məhəmməd Füzuli adına Şirvan şəhər parkı)
29 mart, 2023
11:00 – 16:00