dovlet-sosial-mudafie-fondu-beynelxalq-elaqelerini-genislendirir--

Dövlət Sosial Müdafiə Fondu beynəlxalq əlaqələrini genişləndirir

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Tallin (Estoniya) şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri H.Məmişov Estoniya Respublikasının sosial müdafiə naziri Siqne Riisalo ilə görüşüb. 
Görüşdə tərəflər arasında sosial təminat sistemlərinin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi imkanları, əlaqələrin genişləndirilməsi  perspektivlərinə dair fikir mübadiləsi aparılıb. H.Məmişov Moldovanın Milli Sosial Sığorta Qurumunun baş direktoru Yelena Tsıbırne ilə də görüşüb. Görüşdə qurumlar arasındakı səmərəli təcrübə və məlumat mübadiləsinə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Tədbir çərçivəsiondə Litvanın Dövlət Sosial Sığorta Fondunun rəhbəri Julita Varanauskienėn, BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano, Yunanıstan Milli Elektron Sosial Təminat Fondunun rəhbəri Aleksandros Varveris, habelə digər dövlətlərin sosial təminat qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilərək gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.