dovlet-sosial-mudafie-fondunun-numayende-heyeti-avropa-regional-sosial-teminat-forumunda-istirak-edir--

Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Avropa Regional Sosial Təminat Forumunda iştirak edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Estoniyanın Tallin şəhərində keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda iştirak edir. 
İki gün davam edəcək forumda sürətlə dəyişən dünyada əhalinin sosial təminatı ilə bağlı Avropa ölkələrində həyata keçirilən çevik islahatlar müzakirə olunur. Bundan başqa COVID-19 pandemiyasının təsirinə məruz qalmış sosial təminat sistemlərinin təkmilləşdirilmə yolları və bu sahədə yeni texnologiyaların tətbiqi imkanları araşdırılır, eləcə də innovativ həllərə əsaslanaraq regionda sosial təhlükəsizliyin gələcəyinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılır. 
Forumda Assosiasiyanın Avropa bölgəsinə aid 40-dan çox ölkəsinin 70-ə yaxın sosial təminat qurumu təmsil olunur.