dunen-progro-zaqatala-merkezi-genclerinin-olkemizde-en-boyuk-gul-yagi-istehsalcisi-sirketi-olan-lecheq-farm-and-distillery-mmc---ye-seferi-oldu

Dünən PROGRO Zaqatala mərkəzi gənclərinin ölkəmizdə ən böyük gül yağı istehsalçısı şirkəti olan “Ləcheq Farm and Distillery MMC” - yə səfəri oldu.

20 dekabr tarixində PROGRO Zaqatala mərkəzi gənclərinin ölkəmizdə ən böyük gül yağı istehsalçısı şirkəti olan “Ləcheq Farm and Distillery MMC” - yə səfəri oldu.

Səfər zamanı müəssisənin direktoru Bəxtiyar Heraçiyev və maliyyə departamenti rəhbəri İlhamə Mehdiyeva ilə görüş təşkil olundu. Bəxtiyar bəy gəncləri müəssisənin iş prosesi haqqında məlumatlandırdı, əmək bazarında gənclərdən gözləntilər haqqında danışaraq müəssisəyə işə qəbul zamanı gənclərdən əsas tələblər haqqında məlumat verdi.

Daha sonra İhamə xanım sahə üzrə ixtisaslaşmanın vacibliyini vurğuladı və peşəkar inkişaf üçün onlayn öyrənmə platformalarından istifadənin əhəmiyyəti haqqında danışdı.

Sonda gənclərə gül yağı istehsalı prosesi haqqında ətraflı məlumat verildi, əyani tanışlıq oldu.

"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.