dunyanin-en-muveffeqiyyetli-insanlari-daim-suallar-verir-sual-verme-bacarigina-nece-yiyelenmek-olar

Dünyanın Ən Müvəffəqiyyətli İnsanları Daim Suallar Verir. Sual vermə bacarığına necə yiyələnmək olar.

"Bir sual vermək sənəti suala cavab verməkdən daha yüksək dəyərə sahibdir."
-    George Cantor


Daim suallar veririk. Təqdimat nə vaxtdır? Görüşdən qeydlərimi aldınızmı? Bunlar sadə suallardır və birbaşa, faktlara əsaslanan cavablar alırlar. (Saat 3 -də. Bəli.) 
Ancaq düşünülmüş, yaxşı hazırlanmış bir sual çox böyük gücə malikdir; yeniliklərə qapıları açmaq, komanda üzvləri arasında birlik yaratmaq və anlaşılmazlığın qaranlıq məqamlarına işıq saçmaq.
Buna baxmayaraq, bir çoxlarımız nə qədər qiymətli olmalarına baxmayaraq, hələ də sual verməkdən çəkinirik. Mütəxəssislər bunun səbəbinin bir neçə izahını verirlər: Bəzi insanlar eqosentrikdir və öz fikirlərini bölüşməklə daha çox maraqlanırlar. Digərləri həddindən artıq özgüvənlidirlər və cavabları artıq bildiklərini güman edirlər. Başqa bir qrup isə səhv sual verəcəyindən və bacarıqsız kimi qəbul edilməsindən narahat olurlar.
Dünyanın ən uğurlu insanları daim suallar verirlər. Əgər sual vermə bacarığına sahib deyilsinizsə, öyrənmək sizin üçün çox çətin görünə bilər. Riyaziyyatçı George Cantorun yuxarıdakı sitatında qeyd etdiyi kimi, yaxşı suallar vermək bir sənətdir. Və təcrübə ilə mənimsənilə bilər. 
İşə necə başlamaq olar?

1. Konkret olun
Başqasına sual verməzdən əvvəl nəyi öyrənmək istədiyinizi başa düşmək vacibdir. Əmin deyilsinizsə, soruşduğunuz adamın da əmin olması ehtimalı yoxdur. 
Sualların çoxunu üç növə bölmək olar: Faktiki, rəy və ya istək. Hərə öz mesajını daşıyır. Faktiki bir sual vermək, digər şəxsin əlimizdə olmayan məlumatlara sahib olduğunu göstərir; rəy soruşmaq onların perspektivlərinə dəyər verdiyimizi göstərir və müraciət etmək, köməyə ehtiyacımız olduğunu bildirir. Nə sual verdiyinizi başa düşdükdən sonra kimdən soruşduğunuzu və cavablandırmaq üçün doğru mövqedə olub-olmadığını düşünün.
Bir lider olaraq sual vermək sizin bütün sualların cavablarına hakim olmadığınızı hiss etdirə bilər. Ancaq nəzərə almaq lazımdır ki, sual vermək əslində yalnız dəyərli məlumat toplamaq üçün əla bir yol deyil, həm də  komandanıza hörmət etdiyinizi və güvəndiyinizi göstərir.

2. Aydınlaşdırmaqdan qorxmayın
Çox vaxt belə olur ki, tək bir sual vermək kifayət deyil. Ola bilər ki, verilən cavab sizin üçün aydın deyil və ya siz sualı doğru verməmisiniz. 
Aldığınız cavab birmənalı deyilsə, aydınlaşdırmalısınız. Adətən, bu suallar ya açıq olur, bu zaman danışanın öz fikrinin bir hissəsini ətraflı izah etməsini xahiş edirsiniz, və ya qapalı, mesajın qeyri-müəyyən hissəsini təkrarlayırsınız və bunu düzgün başa düşdüyünüzü təsdiqləməyi xahiş edirsiniz.
Aydınlaşdırmaq istəyərkən, cavab verəni pis cavab verdiyinə görə günahlandırmaqdansa, sadəcə başa düşməyə çalışdığınızı bildirin. Axı, ikiniz də eyni məqsədə, yəni bir-birinizi başa düşməyə çalışırsınız.

3. Söhbət,  yoxsa  sorğu-sual
Birinin söylədiklərinə maraq göstərməyinizlə onları sorğu–sual  edildiyini hiss etdirmək arasında sərhəd var. Sürətli bir şəkildə ard– arda suallar vermək əvəzinə, eşitdiklərinizi düşünmək üçün qarşı tərəf cavablandırdıqdan sonra bir az vaxt ayırın. Unutmayın ki, bu söhbətdir, sorğu-sual deyil.

4. Doğru tonu tapın
Fərqli şərtlər fərqli sorğu tərzləri tələb edir və bir sualın necə verilməsi də nə soruşduğunuz qədər əhəmiyyətli ola bilər. Məsələn, birdən – birə ortaya çıxmış kimi görünən birbaşa və  həssas suallar insanları əsəbləşdirə bilər. Araşdırmalara görə  ilk sual çox həssas olmadığı təqdirdə sualların azalan müdaxilə qaydasında verildiyi zaman insanların həssas məlumatları ortaya qoymağa daha çox həvəsli olduqlarını aşkar edilmişdir.

5. Dinləməyi bacarın
Ümumiyyətlə, sizinlə danışarkən insanların sözünü kəsməmək yaxşıdır. Soruşduğunuz bir suala cavab verməyə çalışdıqda da söz kəsməmək, sona qədər dinləmək vacibdir. Söz kəsmək və ard – arda verilən suallar, danışanın söylədiklərini eşitmədiyinizə və  dəyərləndirmədiyinizə dair aydın bir mesaj verir ki, bu da heç də xoş bir vəziyyət deyil.
Söhbət diqqətini çəkmək istədiyiniz mövzudan kənarlaşırsa, onu yumşaq bir şəkildə geri yönləndirin. Ancaq bunu edərkəndən danışanın  cümləsini kəsməyin və öz fikirlərinizi və suallarınızı cavablandıran şəxs danışdıqdan sonraya saxlayın. Danışan sözünü bitirdikdən sonra düşüncələrini həqiqətən bitirdiyindən əmin olmaq üçün bir az da gözləyin. Bəzən bu əlavə fasilə bir insanın söyləyəcəyi ən vacib şeyi verir.
Sual verən insanlar daha yüksək emosional zəkaya sahib olur və ətraf aləmi daha yaxşı başa düşürlər - üstəlik insanlarla daha yaxşı əlaqələr qururlar. Yaxşı bir sual verən olsanız, kilidini aça biləcəyiniz biliklərin sonu yoxdur.