Duruşunuzu yaxşılaşdırmanın 5 asan yolu
Müasir dövrdə vaxtımızı həmişəkindən daha çox oturaq halda keçiririk. Bir çoxumuz televizor qarşısında istirahət etmək üçün divanda oturmağa getməzdən əvvəl iş masamızda işləyirik və günün böyük hissəsini kompüter ekranlarımızın qarşısında keçiririk.
Səyahət edərkən, avtobusda, qatarda, ya da maşında gedərkən də oturaraq çox vaxt keçiririk. Buna görə də düzgün oturmağın qaydalarını bilməliyik. Buna əməl etməmək bədənimizin əzələlərinə, oynaqlarına zərər verə bilər və sonrakı yaşlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
Əgər düzgün bir duruşunuz varsa, tarazlığınız təkmilləşəcək, daha az ağrı, daha az yorğunluq hiss edəcəksiniz və bədəninizdə qan dövranı daha da yaxşı olacaq.
Duruşunuzu yaxşılığa doğru inkişaf etdirməyi düşünmədiyiniz halda diqqətiniz başqa bir yönə çəkildikdə ekranın qarşısında əyilmiş formada oturmaq adi bir hala gələcək. Duruşunuzu yaxşılaşdırmağın beş sadə yolunu nəzərdən keçirək.
1. Çiyniniz əyri dayanmayın
Belinizin əyri dayanması, oturarkən başınızın və çiyinlərinizin aşağıya əyilmiş formada olması zamanı baş verir. Kürəyiniz bükülmüş vəziyyətə olduğu zaman, düz şəkildə oturmağınız mümkün olmur.
Əgər bunun fərqində olmasanız, təbii olaraq bədəniniz bükülməyə başlayacaq və duruşunuz da bundan təsirsiz ötüşməyəcəkdir. Bədəniniz əyildiyi zaman beyninizə bununla bağlı avtomatik siqnalın getməsi üçün öz beyninizi məşq etdirməlisiniz və bunu hiss etdiyiniz zaman isə duruşunuzu düzəltməlisiniz.
Stolda düzgün oturmaq, ayaqlarınızı yerə möhkəm tutmaq və stulda tam geri oturmaq qaydasını özündə ehtiva edir, çünki bu duruş onurğa sütununuzun düz qalmasını təmin edir.
Əyilmiş formada oturduğunuzu hiss etdiyiniz zaman duruşunuzu düzəltmək onu yaxşılaşdırmaq üçün ilk vacib addım hesab olunur.
2. Eyni pozisiyada uzun müddət oturmayın.
Uzun müddət eyni vəziyyətdə oturmaq əzələ gərginliyinə və yorğunluğa səbəb ola bilər. Hətta əyilməmiş vəziyyətdə belə eyni formada uzun müddət oturmaq yaxşı bir hal deyil.
Əzələ yorğunluğunun qarşısını almaq üçün oturduğunuz yerdən zamanında qalxmağa və hər yarım saatda ən azı iki dəqiqə gəzməyə diqqət edin.
Bədəninizdə yaranmış gərginliyi aradan qaldırmaq üçün gəzməli və bir neçə sadə belinizi düzləşdirmə hərəkətləri etməlisiniz. Daha sonra diqqətinizi cəmləmiş və işinizi davam etdirməyə hazır şəkildə oturacağınıza qayıtmalısınız.
3. Gəzərkən dik və düz dayanın.
İnsanlar çox zaman duruşun yalnız oturduğunuz zaman diqqət etməli olduğumuz bir şey olduğunu düşünürlər, lakin bu səhvdir.
Buna baxmayaraq, gerçəklik budur ki, ayağa qalxarkən duruşunuzun necə olduğunun fərqində olmaq eyni dərəcədə vacibdir. Gəzərkən çiyinlərinizi balanslı və düz tutmalı, dik gəzməlisiniz, sanki başınızdakı bir kitabı tarazlı şəkildə daşımağa çalışırsınız.
Gəzərkən dizlərinizi bükmək və ağırlığınızın çox hissəsini ayaq barmaqlarınızın altında və ya pəncənizdə yerləşən topuqlar hissəsinə verməyiniz daha yaxşıdır. Həm də gəzərkən başınızın vəziyyətinə diqqət yetirin; baş düz olmalı, önə əyilmiş formada olmamalı və qulaqlarınız çiyninizlə eyni düz xətt səviyyəsində olmalıdır.
4. Bədəninizi gücləndirmək üçün çoxlu bədən düzləşdirmə hərəkətləri edin.
Bədən düzləşdirmə (planking), duruşunuzu yaxşılaşdırmaq və əsas gücünüzü inkişaf etdirmək üçün hər hansı bir avadanlıq olmadan hər yerdə həyata keçirə biləcəyiniz sadə bir məşqdir.
Güclü əzələlərə sahib olmaq (məsələn, qarın hissəsi ) duruşunuzu əhəmiyyətli dərəcədə yaxşılaşdırır, buna görə də əzələlərinizi və ya bədəninizi gücləndirmək üçün gündəlik məşqlər yaxşı bir duruş yaratmağınızda sizə köməklik edəcəkdir.
Düzləşdirmə hərəkətləri (planking) üçün aşağıdakıları etməlisiniz.
Üzü üstə uzanın və özünüzü aşağıdan yuxarıya doğru dartın. Əlləriniz birbaşa çiyinlərinizin altında, eyni istiqamətdə olmalıdır.
Dirsəklərinizi endirin və ayaqlarınızı düzəldin, ayaqlarınızın budlarınız genişliyində olmasına diqqət edin.
Belinizi dartın və düz tutun. Bu mövqeyi otuz saniyə saxlamalı və sonra fasilə etməlisiniz. Özünüzü rahat və istirahət etmiş hiss etdikdən sonra bu hərəkətləri təkrarlayın.
5. Düzgün formada yatın.
Gecə yatma tərziniz duruşunuza əhəmiyyətli dərəcədə təsir göstərir. Yumşaq bir döşəkdə yatırsınızsa, bu, sizin üçün rahat ola bilər, ancaq gecə boyunca lazımi şəkildə və ya düzgün yatmağınızı təmin etmir.
Mümkünsə, möhkəm döşəkdə yatmaq daha yaxşıdır, çünki belinizin təbii formasını saxlamağa kömək edəcəkdir.
Bundan başqa, başınızın onurğa səviyyənizdə olmasını təmin edən bir yastıqda yatmalısınız. Yastığınız çox qalındırsa, sizin üçün uzunmüddətli problemlər yarada bilər, buna görə gözlərinizi istirahət etdirməzdən əvvəl başınızın yaxşı bir yuxu pozisiyasında olduğundan əmin olun.
Duruşunuzu yaxşılaşdırmaq düz oturmaqdan daha çox əhəmiyyət kəsb edir. Duruşunuzu nəzərə alaraq, onu düzgün formada inkişaf etdimək istəyirsinizsə düzgün fromada oturduğunuzdan, ayağa durarkən, gəzərkən, idman edərkən və hətta yatarkən hərəkətləri düzgün formada etdiyinizdən əmin olmalısınız və ya onları düzgün şəkildə etməyi öyrənməlisiniz.
Diqqətinizi duruşunuza yönəltməsəniz, əyri durmağınızı və ya duruşla bağlı digər pis vərdişləri düzəltmək son dərəcə çətin olacaq.
Bu beş sadə addım duruşunuzu yaxşılaşdırmağa kömək edəcək və yaşa dolduqca ciddi ağrılardan əziyyət çəkməyinizin qarşısını alacaqdır.