dvc---tecrube-proqramini-qacirmayin--

DVC - Təcrübə proqramını qaçırmayın

DVC tərəfindən gənclər üçün 3 aylıq təcrübə proqramına start verilir. Bu təcrübə proqramı Sizin üçün əla bir başlanğıcdır. Üç ayı əhatə edən proqramın əsas məqsədi gənclərin müəyyən olunan istiqamətlər üzrə təcrübə qazanmasına şərait yaratmaq və onların gələcək fəaliyyətlərində lazım olacaq bilik və bacarıqları inkişaf etdirməkdir.

 

Biz kimləri axtarırıq ?

– 17-23 yaş arası çalışqan gəncləri;

– Komanda işini sevənləri;

– Öyrənməyə, araşdırmağa həvəsli olanları;

– İşində məsuliyyətli və kreativ olanları.

 

Hansı istiqamətlər üzrə müraciət edə bilərsiniz?

– Layihələrin idarə edilməsi;

– İctimaiyyətlə əlaqələr;

– Beynəlxalq əlaqələr;

 

Yeni imkanlar əldə etmək, fərqli mühitdə çalışmaq, bilik və bacarıqlar əldə etmək istəyirsinizsə, qeydiyyatdan keçin və bizə qoşulun!

 

Son qeydiyyat tarixi: 03.02.2022, 22:00

 

Müraciət edən şəxslərdə dil biliyi arzuolunandır.

 

Qeyd edək ki, təcrübə proqramı 3 ay müddətində davam edəcək və ödənişsiz əsaslarla həyata keçirilir.

 

Ətraflı məlumat