easy-peasy-economics-platformasi-amerika-sefirliyinin-desteyi-ile-genc-iqtisadcilar-proqramini-elan-edir--

Easy-Peasy Economics platforması Amerika Səfirliyinin dəstəyi ilə Gənc İqtisadçılar Proqramını elan edir

Proqram 3 mərhələdən ibarətdir:
Proqramın ilk mərhələsində təcrübəli iqtisadçılar və araşdırmaçılar tərəfindən iqtisadiyyatın əsas prinsipləri, araşdırma metodları, dataların axtarılması kimi mövzularda təlimlər keçirləcək. Növbəti mərhələdə iştirakçıların 3 ay vaxt ərzində onlar öz seçdikləri mövzular üzərində araşdırmalarını edəcəklər. Mövzular Azərbaycan iqtisadiyyatını əhatə etməlidir. Bu prosesdə hər iştirakçının mentoru olacaq və iştirakçılara individual şəkildə dəstək göstərəcəklər. Araşdırmanı uğurla və vaxtında bitirən iştirakçılar $200 məbləğində qonorar əldə edəcək və Bakıda keçiriləcək iqtisadi foruma dəvət olunacaqlar. Forum zamanı onlar Azərbaycanda iqtisadiyyat sahəsində tanınmış ekspertlər ilə tanış ola və öz yazılarını təqdim etmək şansı əldə edəcəklər.
Təlimlər Gəncə və Bakı Amerika Mərkəzlərində baş tutacaq.

Tələblərimiz:
1. 18-25 yaş aralığında olmalı;
2. Iştirakçılar Gəncə və ya Bakıda olacaq təlimlərdə əyani şəkildə iştirak edə bilməli;
3. Araşdırma etməyə vaxtı olmalı;
4. Ingilis dilini bilmək üstünlükdür;
5. İqtisadiyyat və bənzər sahələrdə təhsil almaq və ya yeni məzun olmaq üstünlükdür.

Nələr vəd edirik:
1. İqtisadiyyatın əsas prinsipləri haqda baza məlumatlar
2. Praktiki araşdırma və yazı bacarıqları 
3. Data analitika haqda baza məlumatlar
4. Araşdırma prosesində ekspert dəstəyi
5. Azərbaycanda fəaliyyət göstərən iqtisadçıları tanıma
6. Araşdırma yazını uğurla başa vuranlara 200 dollar məbləğində qonorar 

İştirakçılardan gözləntilərimiz:
1. İqtisadiyyat sahəsinə marağı olmalı;
2. Araşdırma yazısına və təlimlərə məsuliyyətlə yanaşmalı; 
3. Gələcəkdə Azərbaycanda olan iqtisadi tendensiyalar ilə bağlı araşdırma etmək arzusu; 
4. Easy-Peasy Economics şəbəkəsində olacaq gələcək tədbirlərdə aktivlik arzuolunandır.

Bakıda olacaq təlimlər: 28,29, 30 Mart, saat 10.00-17.00
Gəncədə olacaq təlimlər: 1,2,3 Aprel, saat 10.00-17.00

Təlimçilər haqda:
Toğrul Vəliyev- iqtisadçıdır. Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı fakultəsinin məzunu (bakalavr), Azərbaycan Dövlət Neft Akademiyasında isə magistr təhsilini almışdır. Hal hazırda müstəqil ekspert, həmçinin İndiko Zamanda iqtisadi tədqiqatçı kimi fəaliyyət göstərir. 
Anar Vəliyev- ADA Universitetinin dosenti və Jean Monnet Avropa Araşdırmaları kafedrasının sədridir. Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr (1999) və magistr dərəcəsini (2001) alıb. Hal-hazırda ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin dekanıdır. 

Təlimdə iştirak etmək üçün aşağıdaki formu 22 Mart saat 23.59-a qədər doldurmağınız tələb olunur. Uğurla növbəti seçim mərhələsinə keçən namizədlər zoom vasitəsi ilə intervyu olunacaqlar. İntervyu nəticəsində seçilən namizədlər təlimlərdə iştirak edə biləcəklər.
Forma keçid