eestec-baku-nun-eestec-observer-baku-bakalavriat-ve-magistratura-seviyyesinde-tehsil-telebeler-ucun-melumatlandirma-sessiyasi-kecirilecek--

"EESTEC Baku”-nun (Eestec Observer Baku) bakalavriat və magistratura səviyyəsində təhsil tələbələr üçün məlumatlandırma sessiyası keçiriləcək

İyunun 25-isaat 16:00-da Azərbaycan-Fransız UniversitetindəElektrik Mühəndisliyi Tələbələrinin Avropa Assosiasiyasının yerli bölməsi "EESTEC Baku”-nun (Eestec Observer Baku)bakalavriat və magistratura səviyyəsində təhsil tələbələr üçün məlumatlandırma sessiyası keçiriləcəkdir.

Qeyd olunan ixtisaslarda təhsil alan yerli universitetlərin tələbələri iştirak üçün müraciət edə bilərlər:  elektrik və elektronika mühəndisliyi, energetika, elektroenergetika və istilik energetikası mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter elmləri, kompüter mühəndisliyi və əlaqəli ixtisaslar.

"EESTEC Baku”-ya üzv olmaq və məlumatlandırma sessiyasında iştirak etmək istəyən tələbələr 22 iyun tarixinə qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Link