effektiv-unsiyyet-bacariqlari-movzusunda-telimler-teskil-edildi--

“Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlimlər təşkil edildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə yerli icra hakimiyyəti, kənd icra nümayəndələri və bələdiyyə üzvləri üçün “Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlimlər təşkil edildi.

Təlimlər Füzuli-Horadiz, Tərtər və Ağcabədidə yerləşən İcma Resurs Mərkəzlərində keçirildi.

Təlimlərdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Füzuli rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Fəridə Əmirova çıxış edərək, dövlət strukturu nümayəndələri üçün bu cür təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.