ehatenizdeki-insanlar-sizin--kim-oldugunuzu-mueyyenlesdirir--

Əhatənizdəki insanlar sizin kim olduğunuzu müəyyənləşdirir

Dostunu göstər deyim sən kimsən – tanış ifadədir?

Gəlin bu ifadənin iş həyatında nə dərəcədə lazımi olduğuna nəzər yetirək.


Uğursuz insanlar əhatəsində uğur qazanmış biri olmaq çətindir. Bizim əhatəmiz bizə bir-başa təsir edir. Oxşamaq istədiyin, heyran olduğun peşəkar insanları göz önünə gətir. Hansı keyfiyyətlərə görə, peşəkar həyatlarındakı addımlarına görə onlara verdiyin qiyməti gözdən keçir. Onlar sənin nümunəndir, motivasiyandır. Bu peşəkarlığa çatmaq üçün tək çalışmaq kifayət etmir. Əhatəmizdəki insanlardan da daim nələrsə öyrənirik. Bəs sənin əhatən səni o mərhələyə apararaq motivasiya edirmi? 
Bəzən əksinə öz yaxınlarımız, ailəmiz, dostlarımız bizi demotivasiya edə bilir, lakin peşəkar olmaq toksik münasibətlərdə solub getmək deyil, şəbəkənə özündən də peşəkar insanlarla əhatə etmək və daim inkişafa açıq olmaqdır.  
Bunu reallaşdırmaq üçün əhatəmizi düzgün təyin etməyin əhəmiyyətlərini bilmək zəruridir:


Vizyon genişlənir
Yeni insanlar, uğur hekayələri, fərqli tərcübələr hamsı sənin situasiyalara yeni prizmadan baxmağa sövq edəcək. Artıq səni uğursuz və deyingən hekayələr deyil, məqsədyönlü və özgüvənli nümunələr əhatə edəcək. Belə halda şüur altı sən də addım addım yeniliyə açıq, məqsədinə fokuslanmış və tez ruhdan düşməyən peşəkara çevriləcəksən.
Mənfilər içindəki müsbətlər
Şəbəkəndəki müsbətə köklənmiş insanlarda müşahidə edəcəyin ilk xüsusiyyət hər vəziyyəti pisdən yaxşıya yoza bilmək bacarığıdır. Belə insanlar üçün hər şey yeni imkan, yeni fürsətdir. Onlar üçün YOX cavab DEYİL. Belə olsan, hər çətinlik və uğursuzluq üzərində işləyib, daha uğurlu nəticələr ərsəyə gətirməyə çalışacaqsan. Yox əgər əhatən də mənfiyə köklənibsə, həvəsdən düşüb, arzularından imtina etməkdən başqa seçimin qalmayacaq. 
Peşəkarlığın bir parçası
Hər şeyçi olmaq deyildir məqsəd, sənin öz sahən, çalışdığın peşə var ki, orada mükəmməlləşməyə və maksimum peşəkar olmağa çalışmalısan. Bu düşüncə ilə, sənin kimi və daha çox təcrübəli peşəkarlar əhatəsində olmağa çalış. Həm sahən üzrə yeniliklərdən ilk agah olmağa, həm yeni təcrübə mübadiləsi həm də əməkdaşlıqlar üçün kifayət qədər lazımi bacarığa yiyələnmiş olacaqsan. 
Bonus məsləhət olaraq qeyd olunan xüsusiyyətləri yalnız real həyatda deyil, onlayn mühitdə də tədbiq etməyi unutma. Xüsusən hazırda, hər şeyin sosial media üzərindən axtarışa açıq olma rutininə nəzər salsaq, həm sənin, sənə uyğun insanlara çıxışını həm də digər peşəkar mühitin səninlə əlaqə qura bilmələrini təmin etməklə, əhatəni daha da məhsuldar edə bilərsən.