ekoinkisaf--ekoloji-maariflendirme-kampaniyasi-adli-layihe-kecirilecek--

“Ekoİnkişaf- Ekoloji Maarifləndirmə Kampaniyası” adlı layihə keçiriləcək

“Sağlam Düşüncə” – Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Sumqayıt şəhərində “Ekoİnkişaf- Ekoloji Maarifləndirmə Kampaniyası” adlı layihə həyata keçirəcək.

Layihədə 18-24 yaş aralığında olan və Sumqayıt-Bakı ərazisində yaşayan gənclər iştirak edə bilər. Əgər siz, ekoloji sahələrdə təhsil alır və ya ətraf mühitin mühafizəsi ilə bağlı mövzularla maraqlanırsınızsa bu layihə məhz sizin üçündür!

Layihə ilə maraqlanan gənclərdən formu

16 fevral saat 23:59-dək doldurmaları xahiş olunur. 

3 ay davam etməsi nəzərdə tutulan “Ekoİnkişaf- Ekoloji Maarifləndirmə Kampaniyası” layihəsi  ekoloji savadlılığını, liderlik bacarıqlarını artırmaq, yeni biliklər qazanmaq və öyrəndiklərini paylaşmaq istəyən gənclər üçündür. Layihə müddətində  siz müxtəlif nəzəri  və praktiki biliklər əldə edəcək, qeyri-formal təhsil metodları ilə tanış olacaq,liderlik bacarıqlarınızı inkişaf etdirəcək  məişət tullantılarının azaldılması və idarə edilməsinə dair baza bilikləri özünüzdə formalaşdıracaqsınız.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi Gənclər Təşkilatları üçün 16-cı qrant müsabiqəsinin qaliblərindən biridir.