elektronika-muhendislerinin-nezerine--

Elektronika mühəndislərinin nəzərinə!

 ELEKTRONİKA MÜHƏNDİSLİYİ!

Yenilənmiş laboratoriya mühiti, genişləndirilmiş tədris proqramı və daha çox praktiki məşğələlər ilə yeni dərslərə başlayırıq. Sırf qurğular üzərində 0-dan nəzəri və praktiki olaraq tədris almaq istəyən hərkəs müraciət edə bilər!

Bu kursda ideyadan istehsala qədər elektronika və mikrokontroller proqramlaşdırma mühəndislərinin işi nədən ibarət olduğunu öyrədilir.

Başlanğıc olaraq təməl elektronika biliklərini və daha sonra prinsipial sxemlərin və çap lövhələrinin dizayn edilməsini öyrənirik. Daha sonra isə mikrokontrollerlərin proqramlaşdırmasına giriş edirik. Həmçinin bundan sonra istehsal prosesi ilə tanış oluruq.

Bu kursu bitirən tələbələr cihaz istehsalı zavod və fabriklərində elektronika mühəndisi kimi işləyə bilərlər. Bundan başqa fərdi olaraq (freelance) da layihələr işləyə bilərlər.

Həmçinin istənilən elektronika sahəsində fəaliyyət göstərən şirkətin servis mərkəzlərində işləyə bilərlər.

Təlimçi: Elgün Həsənov
Müddət : 96 saat (həftədə 2 dəfə 2 saat)

Təlimə daxildir:
• Təlim sınaq/imtahan paketi
• Dərs vəsaitləri (elektron kitablar, metodik kompleks çap vəsaitləri)
• Dərs avadanlıqları: Müxtəlif dövrə komponentləri(rezistorlar, kondensatorlar, induktor və transformatorlar, müxtəlif indikator diodlar, tranzistorlar, diodlar, relelər, qoruyucular və s.) məntiq çipləri, stabilizatorlar, breadbordlar(hər bir iştirakçı üçün 3 ədəd 830pin), Osiloqraf, qida mənbələri, əl alətləri, plata çapı üçün müxtəlif kimyəvi maddələr, cihazlar və xam plata, motorlar və s.
• Yüksək nəticə ilə məzun olmuş iştirakçılara iş imkanı yaradılır
• Sıfırdan PROTOTİP elektronika plataların hazırlanması

Online müraciət:

Ətraflı məlumat üçün:

Mob: +99477 7444422
Tel: +99412 5941743