elm-ve-destek-layihelerinin-maliyyelesdirilmesi-ile-bagli-onlayn-tedbir-kecirilecek--

Elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı onlayn tədbir keçiriləcək

Noyabrın 12-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə ilə bağlı məlumatlandırıcı vebinar keçiriləcək.

Tədbirin təşkilində məqsəd müsabiqənin şərtləri, lazım olan sənədlər və layihələrin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda linkə daxil olmaqla tədbirdə iştirak edə bilərlər: 

Meeting ID: 918 8638 5301

Passcode: 852909

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu noyabrın 15-də başlanılır. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün.