Elmi məqalələri asanlıqla əldə edəbiləcəyiniz 8 Websayt
Universitet tapşırıqlarında, layihələrdə və akademik araşdırmalarda hər birimizin axtardığı maraqlı və faydalı məqalələr vardır. Xüsusilə akademik araşdırmaları apardığımız zaman doğru ədəbiyyat və qaynaq tapmaq olduqca çətin prosesdir. Eyni zamanda imtahanlar üçün də böyük məlumat mənbəyi olan məqalələr, keçmiş və bugünün məlumatlarını anlamaq adına böyük əhəmiyyətə malikdir. Bəs, sözü gedən bu məqalələri necə əldə etmək mümkündür? Bu yazımızda sizin araşdırmanıza faydalı olacağını düşündüyümüz aşağıdakı saytları bir yerə topladıq !
Google Scholar
Google Scholar, axtardığınız istənilən mövzuya dair bir çox məqaləyə və akademik yazıya çata biləcəyiniz rahat bir saytdır. Olduqca asan interfeysi olan Google Scholarda axtardığınız mövzuya aid açar sözləri qeyd etməklə qarşınıza dünyanın bir çox dilində yazılan məqalələr çıxacaq. Eyni zamanda siz öz məqalələrinizi daxil edə bilərsiniz. Burada araşdırmaları 40 dildə aparmaq mümkündür. Bunun üçün açılan Google Scholar interfeysinin sol aşağı küncündə dil seçimini dəyişdirməkdir .
Academia.Edu
Dünyadakı müxtəlif universitetləri tərkibində toplayan Academia, sizə maraqlı olan universitetlərdəki və dünyanın bir çox yerindəki akademikləri izləməyiniz və onların məqalələrinə asanlıqla çatmağınız üçün olduqca faydalı bir saytdır. Müxtəlif açar sözlərin birdirişlərini açdıqda o açar sözləri ilə bağlı yayımlanan son məqalələrdən sizi xəbərdar edən sayt, eyni zamanda tələbə və frilans araşdırmaçıların da məqalə paylaşımına açıq bir platformdur.
ResearchGate
Dünya üzərində istifadəsi olduqca çox olan ResearchGate, bir çox məqalə və elmi yazını əlçatan edən bir növbəti saytdır. Burada da həmçinin bir çox universitet professorlarının, akademiklərin yazılarını izləyə bilər və hətta onlarla əlaqə saxlaya bilərsiniz. Açıq məqalələrə pulsuz olaraq, qapalı məqalələrə isə sahibinə mesaj ataraq icazə almağınızla bu məqalələrə daxil ola bilərsiniz.
ScienceDirect
Eləmək istədiyiniz araşdırmalar üçün tam mətnli jurnal məqalələri ilə birlikdə müxtəlif kitabları da içində saxlayan milyon yayıma sahib bir saytdır. Açar sözləri daxil etməklə istənilən araşdırma üçün cavab almaq mümkündür. Ancaq ScienceDirect tam olaraq pulsuz olmasa da, pulsuz kitab və yazılarla da sizə çox yüksək keyfiyyət təmin edən onlayn platformadır.
Springer Link
Pulsuz məqalə saytları içərisindəki ən önəmli saytlarından biridir. Bu sayt əksərən istifadə etdiyimiz saytlar üçün belə referans olan qlobal ölçüdə bilinən bir məqalə adresidir. Məqalə üstündə araşdırmalar etməyiniz və asanlıqla istədiyiniz məlumatları əldə etməyinizi təmin edir. Springer Linkdə araşdırmaları ingilis və alman dillərində aparmaq mümkündür.
TR Dizin
Daha əvvəllər UVT adı ilə fəaliyyətini həyata keçirən bu sistem 2013-cü ildən etibarən adını dəyişərək TR Dizin olaraq dəyişdirib. Təbiət və Sosial Elmlər sahəsində çoxsaylı məqalələrin yer aldığı TR Dizin məqalə saytı Ulakbim tərəfindən yaradılan məqalə saytları arasındadır.
Nature
Dünyanın müxtəlif mövzulardakı məqalə və yazıları ehtiva edən saytlarından olan Nature.com, tez – tez yenilənən akademik araşdırmalar, statistikalar və digər elmi çalışmalara aid yayımları əldə edə biləcəyiniz olduqca məşhur platformdur.
PubMed
PubMed səhiyyə və tibb elmlərində ən populyar biblioqrafik məlumat bazası olan MEDLINE-da axtarış aparmaq üçün pulsuz platformadır. Biotibbi jurnallardan milyonlarla jurnal məqaləsinə istinadlar ehtiva edir və gündəlik yenilənir. Səhiyyə və tibb sahəsində məqalələr dərc edən saytlar arasında ən populyar məqalə saytıdır.