elsa-azerbaycan--advocacy-campaign-melumatlarin-qorunmasi-kibercinayetkarliqdan-muhafize-layihesiini-teqdim-edir--

ELSA Azərbaycan "Advocacy Campaign: Məlumatların qorunması. Kibercinayətkarlıqdan mühafizə." layihəsiini təqdim edir

ELSA Azərbaycan üçün bir ilk olan "Advocacy Campaign: Məlumatların qorunması. Kibercinayətkarlıqdan mühafizə." layihəsini təqdim etməkdən qürur duyuruq. Təlimdə iştirak edərək "antivirus proqramı həqiqətən də işləyirmi?", “texnologiya necə işləyir?”, “dijital sferada özümüzü necə müdafiə edə bilərik?” və bu kimi tipli suallarınıza cavab tapacaqsınız. Təlim Kiber Təhlükəsizlik Platforması ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Təlim ərzində Kiber Təhlükəsizlik Platformasının təlimçiləri tərəfindən mövzunun həm nəzəri, həm də praktiki müdafiə üsulları haqqında ətraflı məlumat əldə edəcəksiniz.

Qeydiyyat linki

Son qeydiyyat tarixi: 28 aprel, 23:59.

Təlim 30 aprel 2022 -ci ildə saat 12:00-da Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində baş tutacaqdır.