elsa-azerbaycan-novbeti-tedbirini-elan-edir--

ELSA Azərbaycan növbəti tədbirini elan edir!

Dəyərli dostlar,

ELSA Azərbaycan növbəti tədbirini elan edir!

Əgər ASAN Xidmət strukturu ilə tanış olmaq, qədim Şamaxı şəhərini gəzmək və ELSA Ruhunu hiss etmək istəyirsinizsə, 13 sentyabr tarixində təşkil olunacaq Şamaxı ASAN Xidmət Mərkəzinə təşkil olunan Təşkilati Səfər tam sizin üçündür!

Şamaxıdakı növbəti səfər nöqtəsi isə Dəmirçi kəndidir.

Böyük Qafqaz dağlarının ətəyindəki qədim Dəmirçi kəndi öz tarixi və gözəlliyi ilə seçilir. Kənddə fəaliyyət göstərən Arxeologiya Muzeyində Şamaxı rayonu və Dəmirçi kəndi ərazisindəki arxeoloji qazıntılar zamanı aşkarlanmış tapıntılar sərgilənir. Həm də turizm düşərgəsi olan Dəmirçi kəndi öz qonaqlarını heyrətləndirməyi bacarır.

Tarix: 13.09.2021

Son müraciət tarixi: 10.09.2021

Qeydiyyat linki