elsa-azerbaycan-yerli-telebe-tecrube-proqramlari-ntp-yaz-donemi-ucun-ozel-sektorda-huquq-sirketleri-seriyasi-davam-edir--

ELSA Azərbaycan Yerli Tələbə Təcrübə Proqramları (NTP) yaz dönəmi üçün özəl sektorda hüquq şirkətləri seriyası davam edir.

Dəyərli dostlar,
 ELSA Azərbaycan Yerli Tələbə Təcrübə Proqramları (NTP) yaz dönəmi üçün özəl sektorda hüquq şirkətləri seriyası davam edir.

Yerli Tələbə Təcrübə Proqramları (NTP) üçün müəyyən olunmuş digər hüquq şirkəti “Yusif Allahverdiyev və Partnyorları” vəkil  bürosudur.
Yerli qanunvericiliyin dərindən öyrənilməsi, məhkəmə işi və təcrübəsi, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunması  “Yusif Allahverdiyev və Partnyorları” vəkil  bürosunun əsas istiqamətini təşkil edir.

Yerli Tələbə Təcrübə Proqramları (NTP) ELSA-nın üzvü olan hüquq tələbələrinə və gənc hüquqşünasları yerli səviyyədə hüquqi təcrübə ilə təmin edən proqramdır.
Bu layihəyə Azərbaycan Respublikasının daxilində təhsil alan hüquq tələbələri və gənc hüquqşünaslar müraciət edə bilər.
Yerli Tələbə Təcrübə Proqramları (NTP) əsas məqsədi gənc hüquqşünasların və hüquq tələbələrinin praktiki təcrübələrini artırmaq və hüquqşünas kimi yetişmələrinə dəstək verməkdir.
Bu proqram 2 həftədən 2 aya qədər davam edə bilər. Qeyd etmək istərdik ki, təcrübə dönəmi yaz ayları üçün planlaşdırılmışdır.
Təcrübəçilər motivasiya məktubu və müsahibə mərhələsi əsasında seçiləcəkdir.

 Son qeydiyyat tarixi: 14.04.2022
 Qeydiyyat linki