ELSA Traineeships -nun "STEP DAY" workshopu keçiriləcək
Dəyərli dostlar,
ELSA-nın hüquqşünas tələbələri və gənc hüquqşünasları professional həyata hazırlayan ELSA Təcrübələrinin (ELSA Traineeships) ikinci dövrü yaxın günlərdə açıq elan ediləcək və 100-dən çox təcrübə proqramına müraciət imkanı yaradacaq. ELSA Azərbaycan olaraq biz də bu sahəninin inkişafına öz töhfəmizi vermək üçün çalışırıq.
17.04.2022-ci il təşkil olunacaq “STEP DAY” adlı informativ tədbirimizə qoşularaq siz peşəkar hüquqşünasların yetişməyi üçün geniş imkanlar açan Tələbə Təcrübə Mübadilə Proqramları haqqında öyrənə bilər, həmçinin “Təcrübə proqramlarına necə müraciət etməli?” “Müraciət edərkən hansı məqamlara diqqət yetirməli?” kimi suallarınıza cavab tapa bilərsiniz. Eləcə də, CV və motivasiya məktubunun yazılma qaydaları barəsində hərtərəfli məlumat əldə edəcəksiniz. Əminik ki, tədbirimizdən sonra təcrübələrə peşəkar şəkildə müraciətlərinizi edəcəksiniz.
Qeydiyyat linki
Son qeydiyyat tarixi:15.04.2022