emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyinin-numayende-heyeti-ankarada-gorusler-kecirib--

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Ankarada görüşlər keçirib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankarada görüşləri davam edir.

Səfər çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Türkiyə arasında sosial xidmətlər sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə edilib. İki ölkənin eyni təyinatlı qurumları arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və təcrübə mübadiləsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Ankarada fəaliyyət göstərən bir sıra sosial dəstək və reabilitasiya mərkəzlərini ziyarət edib, əhalinin dəstəyə ehtiyacı olan kateqoriyaları üçün yaradılan şəraitlə tanış olublar.

Yanvarın 28-nə qədər davam edəcək səfər çərçivəsində Türkiyənin Şəhid Ailələri və Qazilər Vəqfi və digər qurumların rəhbərləri ilə görüşlər də nəzərdə tutulub.

Səfərin məqsədi müvafiq fəaliyyət sahələri, həmçinin sosial xidmətlər, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə qarşılıqlı təcrübə mübadilələrinin və gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələrin aparılmasıdır.

Nümayəndə heyətinin tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Agentliyin Sosial müəssisələrlə iş üzrə departamentinin müdiri Sara Ağayeva, beynəlxalq əlaqələr şöbəsinin müdiri Dəyanət Cəmilli və Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzinin direktoru Şahin Qurbanov daxildir.