emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyinin-tabeliyinde-dovlet-mesgulluq-agentliyinin-baki-pese-hazirligi-merkezinde-yeni-pese-kurslarinin-tedrisine-baslanilib--

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarının tədrisinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarının tədrisinə başlanılıb.

“Bakı Tikiş Evi” MMC və “Bakı Tekstil Fabriki” MMC ilə bağlanmış müqaviləyə əsasən “Dərzi”, “Azcake MMC“ ilə birgə “Qənnadçı”, “ÇakÇuk” startap layihəsi ilə əməkdaşlıq çərçivəsində isə “Elektrik avadanlıqlarının təmiri üzrə elektrik” və “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kursları təşkil edilib.

2 ay davam edəcək kurs müddətində müdavimlərə lazımi nəzəri biliklər tədris ediləcək,  istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.

Bakı ilə yanaşı, Quba şəhərində də yeni peşə kursuna start verilib. “Bərbər” peşəsi üzrə təşkil edilən kursa 11 nəfər cəlb edilib.