emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyinin-tabeliyindeki-sosial-xidmetler-agentliyi-terefinden-sosial-mesuliyyet-elektron-platformasi-hazirlanir--

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən “Sosial məsuliyyət” elektron platforması hazırlanır

Portalın yaradılmasında məqsəd Azərbaycanda sosial məsuliyyət mühitinin inkişafına elektron resurslar müstəvisində dəstək olmaqdır. Platforma yalnız korporativ sosial məsuliyyət çərçivəsində deyil, eyni zamanda fərdi şəkildə öz dəstəyini vermək istəyən şəxslərin də sosial layihələrdə aktiv iştirakına şərait yaradacaq. Portal müvafiq mövzularda faydalı məlumatları təqdim etməklə, sosial tərəfdaşlar üçün məlumat daxil etmə imkanı verən resurs mənbəyi kimi də istifadə ediləcək.

“Sosial məsuliyyət” e-platforması sosial məsuliyyət çərçivəsində həyata keçirilən layihələr haqqında məlumatları özündə əhatə edəcək. Sosial tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi prosesində, mövcud imkanları təqdim edən qurumlarla (və ya şirkətlərlə) bu imkanlardan faydalanacaq şəxslər arasında vasitəçi rolunu da oynayacaq.