emosional-detoks

Emosional Detoks

Əvvəl gəlin baxaq görək, emosional detoks nədir?

Detoks -  həzm olunmamış qidaları və toksinləri bədəndən çıxarmaq üçün istifadə edilən pəhriz növüdür. Bu pəhriz vasitəsilə bədəni müəyyən müddət ancaq sağlam qidalarla təmizlənir. Bəs emosional detoks nə üçündür? Emosional detoks isə həll olunmamış və mənfi hissləri təmizləmək üçündür. Əgər siz həyatınızdakı hansısa münasibətdən yorulmusunuzsa, yaxud həddən artıq təzyiq hiss edirsinizsə, demək ki, emosional detoksa ehtiyacınız var. Emosional detoks bütün basdırılmış qorxu, qəzəb, inciklik, kədər və məyusluq hisslərini aradan qaldıraraq, emosiyalarınızdakı sıfırlama düyməsini aktivləşdirir.

Emosional detoksa ihtiyacınız olub-olmadığını necə müəyyənləşdirə bilərsiniz?

Bunu yoxlamaq üçün özünü müşahidə prosesini həyata keçirmək şərtdir. Özünüzü yüklənmiş hiss edersiniz? Hər şey daha ağır, rəngsiz və darıxdırıcı görünür? Həll olunmamış emosiyalar sizə mənfi, depressiyaya düşmüş və əsəbi etdirir? Bu suallar üzərinə düşünün.

Bununla yanaşı emosional detoksa ehtiyacınız olduğunu göstərən bəzi əlamətlərə baxaq:

  1. - Yuxusuzluq və kabuslar
  2. - Yeddi-səkkiz saatlıq yuxudan sonra yorğunluq hissi
  3. - Motivasiyasız hiss etmək
  4. - Keçmişdə qalmaq
  5. - Əvvəllər həzz aldığınız şeylərə marağın azalması
  6. - Qərar vermək məcburiyyətində qaldığını hiss etmək
  7. - Kiçik hadisələrə büyük reaksiyalar vermək
  8. - Yaxınlarınızdan uzaqlaşmaq istəyi

Bəs necə emosional detoks edə bilərik?

Özünüzə vaxt ayırın.
Bir günlük belə olsa, tək vaxt keçirmək və həddən artıq yüklənmənizə səbəb olan bütün təzyiqlərdən uzaqlaşmaq çok işəyarayan üsullardan biridir. Təbiətdə gəzinti və ya həftə sonu sevdiğiniz hər hansı bir hobbinizlə məşğul olmaq özünüzə vaat ayırmaq üçün ideal seçimlər sırasındadır. Sizi narahat edən şeyləri təhlil etmək üçün bu fürsətdən istifadə edin. Sizi narahat edən məsələlərlə üzləşin ki, onları aydınlaşdırıb həll edə biləsiniz. Ortaya çıxan hisslər və düşüncələr haqqında mütləq nəsə etmək şərt deyil. Olduğunuz emosional çətinliyi qəbul etmək və tanımaq özü həll etməyə kömək edir. 


Hobbilər və əylənə bildiğiniz fəaliyyətlər edinin
Hobbilər və ya əylənə bildiyiniz fəaliyyətlər özünüzü emosional olaraq yaxşı etmədiyiniz zaman vacib çıxış yoludur. Əylənə bildiyiniz fəaliyyətləri dostlarınızla və ya ailə üzvləri ilə etməyə çalışın. Sosial varlıqlar olduğumuz üçün bu, bizlərə  çox yaxşı hiss etdirir. Dostlarla və ya ailə üzvləri ilə yoqa, təbiət gəzintiləri, incəsənət və sənətkarlıq masterklaslarında iştirak və ya ev heyvanlarına qulluq bu fəaliyyətlərə aid ola bilər.

Müraciət edə biləcəyiniz psixoloqunuz olsun.
Emosional detoks həyatın gündəlik stresslərindən daha yüngül simptomları aradan qaldırmağa kömək edə bilər, lakin bəzi hallarda probleminiz stressdən deyil, narahatlıqdan qaynaqlana bilər. Əgər istirahət etmək cəhdləriniz nəticə vermirsə, xroniki narahatlıq yaşayırsınızsa, onda psixoloqa müraciət etməlisiniz. Emosional vəziyyətinizə görə daha uyğun həll yolunu psixoloqunuz deyəcək.

Yazma teknikasından istifadə edin.
Emosional tarazlığı təmin edən ən effektiv texnikalardan biri də yazmaqdır. Yazma prosesinin özü terapiya üsulu olaraq istifadə edilir. Həm özünü təhlilə, həm də müxtəlif hadisələri və vəziyyətləri dəyərləndirməyə imkan verir. Belə ki, yazı zamanı beyin düşünmə sürətini yavaşladır deyə emosiyaları və səbəblərini daha rahat şəkildə görə bilirsiniz. Bunun özü də dəyərləndirməni daha effektiv şəkildə etməyə kömək edir.