emosional-olaraq-guclu-oldugunuzu-gosteren-elametler

Emosional olaraq güclü olduğunuzu göstərən əlamətlər

Adətən güclü bir insan dedikdə, sərt insanları təsəvvür edirik.

Emosional baxımdan güclü insanların xüsusiyyətləri araşdırıldıqda, bu insanların sərt bir xarakterə, əyilməz bir şəxsiyyətə və ya başqalarına təzyiq göstərməyə çalışan bir quruluşa sahib olmadığı görülür. Əksinə, emosional cəhətdən güclü olmaq güc tətbiq etmək və ya güc göstərmək demək deyil. Ümumiyyətlə, dözümlülük və özlərini idarə etmək bacarığı emosional cəhətdən güclü insanların ən qabarıq xüsusiyyətlərindəndir. Əslində dünyaya bu iki xüsusiyyət olmadan gəlirik. Ancaq həyatımızda bu xüsusiyyətləri yaxşılaşdırma potensialımız var və hər kəsin bu xüsusiyyətləri əldə etməsi onun buna səy göstərməsindən asılıdır. 
Emosional baxımdan güclü insanlar hiss və düşüncələrinin qulları deyil, ağalarıdır. Emosioanal baxımdan güclü olmaq, emosiyalarınızı şəxsi və ya iş həyatınızda idarə etməyinizə kömək edir ki, bu da sizin həyat məmnuniyyətinizi artırırmaqla yanaşı işinizdə irəliləməyiniz üçün də təkan verir.  
 Bəs siz necə? Emosional baxımdan güclüsünüzmü? Hansı xüsusiyyətləriniz sizin emosional olaraq güclü olduğunuzu göstərir?

Bu sualların cavabını bilmirsinizsə aşağıdakı emosional cəhətdən güclü olmanızı göstərən əlamətlərə diqqət yetirin: 


1. Emosiyalarınızı ifadə etməkdən qorxmursunuz
Birinci əlamət emosiyalarınızı zəif cəhət kimi görməməyiniz və gizlətməməyinizdir.  Duyğular gündəlik həyatımızda çox vacib rol oynayır və emosional cəhətdən güclü olmaq öz duyğularımızı gizlətmək demək deyil.  Siz duyğularınızı göstərməkdə sərbəstsiniz və davamlı olaraq öz emosiyalarınızı gizlədərək əslində öz hisslərini, xarakterinizi  gizlətmiş olursunuz. Bu həm də müxtəlif duyğular ifadə etdiyiniz deməkdir. Ancaq bu sərbəstliyi  ən kiçik mübahisələrdə qəzəblənərək ətrafdakılara bu qəzəbi yansıtmaq kimi düşünməyin. Emosional cəhətdən güclü olmaq öz müsbət və ya mənfi emosiyalarınızı tanıyaraq heç kimə zərər verməyəcək şəkildə emosiyaların ifadəsidir. 
2. Çətinliklərə baxmayaraq daim irəli getməyə çalışırsınız
Heç bir insan ağrı və sevincdən kənar bir həyat yaşamır. Zaman- zaman çox çətin olan vəziyyətlərlə hər birimiz qarşılaşırıq. Emosional cəhətdən davamlı insanlar bu ağrıdan tez bir zamanda qurtularaq həyatlarına  davam etməkdə çətinlik çəkmirlər. Çünki emosional  baxımdan güclü olan şəxslər nə hiss etdiyini anlayır və bu ağrı ilə üzləşir, onu doğru ifadə etmək və sağaltmaq üçün yollar axtarır.  Keçmişdə qalmalarına icazə vermirlər, bunun əvəzinə bundan dərs almağa və gələcəkdə daha yaxşı işlər görməyə çalışırlar. Bu, onların daha yaxşı yaşamalarına və keçmişdəki səhvlərdən çəkinmələrinə kömək edir. 
3. Emosiyalarınızı idarə etmək üçün sağlam yollar tapırsınız
Bəzən emosiyalarımız bizi üstələyə bilər. Bunun əsas səbəbi daha çox emosiyalarımızı tanımamaqdan irəli gəlir.  Belə vəziyyətlərdə ətrafımızdakı insanları incidə, onlara zərər verə bilərik. Emosiyanal baxımdan güclü bir insan bunun qarşısını almaq üçün əlindən gələni edir və duyğularını tanımaq, həmçinin doğru ifadə etməyin yollarını tapmaq üçün səbrlə çalışır.  Duyğusal baxımdan güclü bir insan olmaq, duyğularınızı inkar etmək, yatırmaq və ya görməməzliyə vurmadan bilmək və idarə etmək deməkdir. Daha doğrusu, bütün duyğuları yaşamağımıza və özümüzə və ya başqalarına zərər vermədən hər vəziyyətdə sağlam bir şəkildə öhdəsindən gəlməyimizə kömək edir. 
4. Dəyişikliklərə uyğunlaşmaq sizin üçün çox asandır
Dəyişiklikdən qorxmamaq, duyğusal olaraq güclü olmağın çox vacib bir əlamətidir. Həyatınızdakı dəyişikliklərə asanlıqla uyğunlaşa bilirsinizsə və həmişə bu kimi hallar üçün ehtiyat plan hazırlayırsınızsa, emosional baxımdan güclü  olduğunuza  əmin ola bilərsiniz. Kəşf və dəyişiklik hissləri özümüzü emosional cəhətdən güclü insanlardan biri kimi gördükdə canlanır. Beləliklə, yeni təcrübələr axtarmağa başlayırıq. Yeni hər şey özü ilə bir qədər qorxu gətirir. Ancaq unutmamalıyıq ki, yeniliklər həm də həyatın hər anında irəliləməyin və inkişafın yeganə yoludur. 
5. Başqalarının təsiri altında qalmadan qərar verməyi bacarırsınız
Emosional baxımdan güclü bir insan əvvəl əldə etdiyi hər hansı bir məlumatı sorğu-suala çəkir. Qəbul etməzdən əvvəl bu məlumatları həzm edir və qiymətləndirir. Hər kəsin istifadə etdiyi metodlardan istifadə etmək barəsində düşünmür və öz həll yollarını müəyyən edir.  Emosional olaraq güclü olan şəxslər qərar vermə prosesində özünə uyğun olan qərarın yalnız özü tərəfindən verilə biləcəyini yaxşı anlayır və bu prosesdən qorxmurlar. 


Yuxarıda sizin üçün sadaladıqlarımız, emosional cəhətdən güclü insanların sahib olduqları xüsusiyyətlərdən yalnız bir neçəsidir. Bu məqamda vacib olan bu xüsusiyyətlərə sahib olub-olmamağınız deyil, təqdim olunan xüsusiyyətlərin sizdə olub-olmaması ilə bağlı özünüzə sual vermək üçün istinad nöqtəsi kimi qəbul edib etməyinizdir.
Kim olduğunuzu və yaşadığınız duyğuları öyrənərək və duyğuları ifadə etməyin müxtəlif yollarını taparaq, emosional gücünüzü inkişaf etdirə bilərsiniz. Müxtəlif vəziyyətlərdə nə hiss etdiyinizi bilmirsinizsə və emosional olaraq zəif olduğunuzu düşünürsünüzsə, bu xüsusiyyəti yaxşılaşdırmaq üçün elə indi başlayın. 

Uğurlar!