enactus-regionlarda-layihesinin-telimler-sessiyasi-ile-tanis-ol--

“Enactus Regionlarda” layihəsinin təlimlər sessiyası ilə tanış ol!

17 iyun tarixində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində “Enactus Regionlarda” layihəsinin təlimlər sessiyasının ilk günü uğurla başa çatmışdır.

Layihə təşkilatçıları təlimdən öncə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Təlimin açılış mərasimində universitetin elmi işlər üzrə prorektoru Ramin Məmmədov, Enactus Azərbaycanın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadə və KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev çıxış ediblər. Açılış mərasimindən sonra layihənin koordinatoru Rəşad Zeynalovun “Sahibkarlığın əsasları və Enactus” mövzusunda çıxışı baş tutmuşdur. Sessiyanın ilk günü ADAU-nun İnnovasiyalar Mərkəzinin koordinatoru Elvin Ağayevin moderatotluğu ilə “Canvas biznes modeli” mövzusunda keçirilmiş təlim ilə yekunlaşıb.

Qeyd etmək istərdik ki, “Enactus Regionlarda” layihəsi Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation, KOB Azərbaycan / SMB Azerbaijan, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və Enactus Azerbaijan birgə tərəfdaşlığı ilə baş tutur.