enterprise-georgia-ile-sahibkarliq-sahesinde-emekdasliga-dair-muzakireler-aparilib--

“Enterprise Georgia” ilə sahibkarlıq sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Gürcüstan nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan “Enterprise Georgia”nın direktoru Mixail Xidureli ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə, KOB-lara dəstək sahəsində Gürcüstan modelinə və bu istiqamətdə təcrübə mübadiləsinə, eləcə də birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə də görüşdə ətraflı məlumat verilib, KOBİA-nın Gürcüstandan olan investorlara müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.