erazi-mesgulluq-filiallarinin-ve-gence-pese-hazirligi-merkezinin-emekdaslari-ucun-telim-kecirilib--

Ərazi məşğulluq filiallarının və Gəncə Peşə Hazırlığı Mərkəzinin əməkdaşları üçün təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Ərazi məşğulluq filiallarının mütəxəssisləri və Gəncə Peşə Hazırlığı Mərkəzinin əməkdaşlarının peşə hazırlığı və peşəyönümü məsləhət xidmətinin göstərilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, mövcud potensialının inkişaf etdirilməsi məqsədi ilə təlim keçirilib.

Təlimdə iştirakçılara Agentlik tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində peşə hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi, aktual peşələr (və ya ixtisaslar), onların tədris proqramları və təlim materiallarının tərtib olunması qaydası, peşəyönümü məsləhət xidməti üzrə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.

Təlim iştirakçıları peşə hazırlığına cəlb olunmaq üçün müraciət etmiş şəxslərin qəbul mərhələsindən məşğulluğu təmin olunanadək keçdiyi mərhələləri öyrənib, peşə hazırlığını həyata keçirən müəssisələrlə əməkdaşlığın qurulması istiqaməti, peşəyönümü işinin təşkili strategiyası, ünsiyyət və təqdimetmə bacarıqları, “Alo karyera”, www.cvyarat.az platforması və digər layihələr dair təqdimatlar edilib.